Azərbaycanda quraqlığın təbii fəlakətlər siyahısına salınması təklif olunur
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda quraqlığın təbii fəlakətlər siyahısına salınması ilə bağlı layihə hazırlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığa ciddi təsir göstərir: "Belə bir şəraitdə quraqlıq fermerlərin xeyli dərəcədə müflisləşməsinə səbəb olur. Aqrar Sığorta Fondu bu istiqamətdə müəyyən işlər görsə də, quraqlığın miqyası o qədər genişdir ki, Fondun mövcud maliyyə imkanları çərçivəsində bu problemin tam həlli mümkün deyil".
Ə.Məsimli hesab edir ki, bu baxımdan, hüquqi mexanizmin işlənib hazırlanması vacibdir ki, bir tərəfdən Aqrar Sığorta Fonduna müəyyən dəstək göstərilsin, digər tərəfdən isə onun maliyyə imkanları ilə bağlı problemlərin həllinə şərait yaradılsın.
"Məhz buna görə də quraqlığın təbii fəlakətlər siyahısına salınması ilə bağlı layihə hazırlamışam. Həmin layihəyə aidiyyəti qurumlarla məsləhətləşmələrdən sonra konkret istiqamət verilməsi vacibdir", - deputat vurğulayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 23 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















