Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması çərçivəsində oxşar funksiyaları yerinə yetirən qurumların birləşdirilməsi prosesi artıq başlayıb.
Sonuncu belə struktur dəyişikliyi çərçivəsində Azərbaycan Dəniz və Liman Agentliyi Azərbaycan Dəmir Yollarına birləşdirilib.
Bu addım nəqliyyat sektorunda idarəetmənin mərkəzləşdirilməsinə və daha səmərəli idarə olunmasına xidmət edir.
Hazırda digər dövlət qurumlarının da birləşdirilməsi müzakirə mövzusudur.
Xüsusilə nəqliyyat sahəsində müstəqil fəaliyyət göstərən bir sıra qurumların (Agentliklərin, Xidmətlərin və sair) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə birləşdiriləcəyi barədə xəbərlər yayılıb.
Milli Məclisin deputatı Razi Nurullayev də Modern.az-a açıqlamasında bu prosesin dövlət idarəçiliyində səmərəliliyi artıracağını bildirib.
O qeyd edir ki, bir-birinə yaxın qurumların birləşdirilməsi paralel təşkilatların sayını azaldır və idarəçilikdə çevikliyə səbəb olur.