Icma.az
close
up
RU
Azərbaycanda qurumlar birləşdirilir Tezliklə qərar VERİLƏCƏK

Azərbaycanda qurumlar birləşdirilir Tezliklə qərar VERİLƏCƏK

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması çərçivəsində oxşar funksiyaları yerinə yetirən qurumların birləşdirilməsi prosesi artıq başlayıb. Sonuncu belə struktur dəyişikliyi çərçivəsində Azərbaycan Dəniz və Liman Agentliyi Azərbaycan Dəmir Yollarına birləşdirilib. Bu addım nəqliyyat sektorunda idarəetmənin mərkəzləşdirilməsinə və daha səmərəli idarə olunmasına xidmət edir.

Hazırda digər dövlət qurumlarının da birləşdirilməsi müzakirə mövzusudur. Xüsusilə nəqliyyat sahəsində müstəqil fəaliyyət göstərən bir sıra qurumların (Agentliklərin, Xidmətlərin və sair) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə birləşdiriləcəyi barədə xəbərlər yayılıb. 

Milli Məclisin deputatı Razi Nurullayev də Modern.az-a açıqlamasında bu prosesin dövlət idarəçiliyində səmərəliliyi artıracağını bildirib.

O qeyd edir ki, bir-birinə yaxın qurumların birləşdirilməsi paralel təşkilatların sayını azaldır və idarəçilikdə çevikliyə səbəb olur. Bundan əlavə, bu addım qərarvermə prosesini asanlaşdırır. Çünki hazırda bəzi sahələrlə bağlı bir neçə qurum müxtəlif nazirliklərin tərkibində yerləşir. Bu isə həmin sahəyə aid qərarların bir neçə instansiyadan keçməsinə və icra müddətinin uzanmasına gətirib çıxarır.

Deputat hesab edir ki, vahid idarəetmə sisteminin tətbiqi ilə qərarlar daha operativ veriləcək, büdcə vəsaitlərinin daha effektiv xərclənməsinə nail olunacaq: "Bir nazirliyin tərkibində olan qurumlarda isə yalnız bir nazirlik tərəfindən qərar verilir. Zaman qazanılır. Effektivlik və səmərəlilik artır. Əlavə olaraq bu həm də büdcə vəsaitlərinin təmərküzləşməsinə və effektiv xərclənməsinə səbəb ola bilir".

Razi Nurullayev dövlət idarəçiliyinin təkmilləşdirilməsi və sistemləşdirilməsi istiqamətində işlərin aparıldığını bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda müxtəlif dövlət qurumlarının birləşdirilməsi ilə bağlı yeni qərarlar açıqlana bilər: "Dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi sistemləşdirilməsi və səmərəliliyinin artırılması üçün işlər aparılır. Yəqin ki, yaxın zamanlarda müxtəlif dövlət idarələri ilə bağlı müxtəlif xəbərləri eşidəcəyik. Bu barədə hazırda doğrudan da, bildiyimə görə işlər aparılır. Hansı qərarlar verilib, hansı səmərəli sayılıb bunumla bağlıl deyə bilmərəm. Amma heç bir məsələni istisna etmək olmaz".

Deputat hesab edir ki, bu proses yalnız nəqliyyat sektoru ilə məhdudlaşmayacaq və təmərküzləşmə digər nazirlik və agentlikləri də əhatə edəcək.

Hökumətin əsas məqsədi idarəetmədə şəffaflığı və operativliyi təmin etməkdir. Struktur islahatları dövlətin resurslardan daha səmərəli istifadə etməsinə imkan yaradacaq. Bundan başqa, bu cür birləşmələr nəticəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksələcəyi gözlənilir.

Bu prosesin davam edəcəyi və digər dövlət qurumlarını da əhatə edəcəyi proqnozlaşdırılır. Gələcəkdə oxşar sahələrdə fəaliyyət göstərən nazirliklərin, agentliklərin və xidmətlərin daha səmərəli strukturda birləşdirilməsi mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri