Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Milli Məclisin II çağırış deputatı Sudeyf İmamverdiyev məhkəməyə verilib.
Məlumata görə, sabiq deputat barədə Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məhkəməyə müraciət edilib.
Modern.az-ın məlumatına görə, məhkəmə işinin bir sıra detalları açıqlanıb.
YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyevin rəhbərlik etdiyi Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) yaydığı məlumatda qeyd olunur ki, TAİB bu iddianı tamamilə rədd edir və bəyan edir ki, nə S.İmamverdiyevə, nə də Türk Ağsaqqalları İctimai Birliyinə məhkəmə iddiası barədə hər hansı rəsmi bildiriş daxil olmayıb.
"Biz öz əlaqələrimizdən istifadə edərək dəqiqləşdirdik ki, söhbət Türk Ağsaqqalları İctimai Birliyinin Nizamnamə tələblərini dəfələrlə pozduğuna görə, təşkilat sıralarından xaric edilmiş pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyevin iddiasından gedir.
Biz təşkilatımızın ictimai nüfuzunu nəzərə alaraq daxili məsələlərimizin mətbuatda müzakirə olunmasını istəmədiyimizdən Sabir Tağıyevin təşkilat sıralarından xaric edilməsi və bunun hansı səbəblərdən baş verdiyini açıqlamadıq.
Bu gün də təəssüf edirik ki, bu kimi heç bir ictimai əhəmiyyəti olmayan, hər bir təşkilatın daxili həyatında ola biləcək sıradan bir məsələ mətbuatda müzakirə olunur.