Icma.az
close
up
RU
Azərbaycanda sabiq deputat niyə məhkəməyə verilib? Detallar AÇIQLANDI

Azərbaycanda sabiq deputat niyə məhkəməyə verilib? Detallar AÇIQLANDI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Milli Məclisin II çağırış deputatı Sudeyf İmamverdiyev məhkəməyə verilib. Məlumata görə, sabiq deputat barədə Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məhkəməyə müraciət edilib.

Modern.az-ın məlumatına görə, məhkəmə işinin bir sıra detalları açıqlanıb.

YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, akademik Sudeyif İmamverdiyevin rəhbərlik etdiyi Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) yaydığı məlumatda qeyd olunur ki, TAİB bu iddianı tamamilə rədd edir və bəyan edir ki, nə S.İmamverdiyevə, nə də Türk Ağsaqqalları İctimai Birliyinə məhkəmə iddiası barədə hər hansı rəsmi bildiriş daxil olmayıb.

"Biz öz əlaqələrimizdən istifadə edərək dəqiqləşdirdik ki, söhbət Türk Ağsaqqalları İctimai Birliyinin Nizamnamə tələblərini dəfələrlə pozduğuna görə, təşkilat sıralarından xaric edilmiş pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyevin iddiasından gedir. Biz təşkilatımızın ictimai nüfuzunu nəzərə alaraq daxili məsələlərimizin mətbuatda müzakirə olunmasını istəmədiyimizdən Sabir Tağıyevin təşkilat sıralarından xaric edilməsi və bunun hansı səbəblərdən baş verdiyini açıqlamadıq. Bu gün də təəssüf edirik ki, bu kimi heç bir ictimai əhəmiyyəti olmayan, hər bir təşkilatın daxili həyatında ola biləcək sıradan bir məsələ mətbuatda müzakirə olunur. 

Bəyan edirik ki, TAİB QHT-lərin inkişafı üçün Dövlətin yaratdığı imkanlardan istifadə edərək formalaşmış və strukturlaşmış İctimai Birlikdir və fəaliyyəti də bilavasitə Nizamnamə tələblərinə uyğun şəkildə həyata keçirilir. Qəbul olunan qərarlar da birmənalı şəkildə kollegialdır. Sabir Tağıyev təşkilatın sıralarından sədrimiz Sudeyif İmamverdiyev tərəfindən deyil, İdarə Heyətinin 17.05.2024-cü il tarixli iclasında yekdilliklə qəbul edilmiş qərar əsasında xaric edilib. Həmin iclasda İdarə Heyətinin üzvləri öz mövqelərini açıq şəkildə ifadə edib, nizam-intizam komissiyasının rəyi dinlənilib və hamı Sabir Tağıyevin təşkilat sıralarından xaric edilməsinə səs verib. İclasın protokolu S.Tağıyevin özünə də təqdim olunub. Odur ki, onun TAİB sədri Sudeyif İmamverdiyevə qarşı məhkəmə iddiası qaldırması tamamilə əsassızdır. Çünki qərarı Sudeyif İmamverdiyev deyil, İdarə Heyəti qəbul edib. İclasda səsləndirilən fikirlər sədrimizə yox, İdarə Heyətinin üzvlərinə aiddir. Həmin fikirlər də yalnız Sabir Tağıyevin Nizamnamə tələblərinə zidd davranışlarını əks etdirir. Onun böhtan barədə iddialarını qətiyyətlə rədd edirik. İH üzvləri konkret faktlar və pozulmuş maddələrdən bəhs ediblər. İclasda iştirak etmiş İH üzvləri məhkəmədə də fikirlərini təsdiq etməyə hazırdırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri