Icma.az, Sfera.az portalına istinadən məlumat verir. Sağlamlıq imkanları məhdud şəxslərin (SİMŞ) təhsil hüququ, həm insan haqları prinsiplər
Təhsilə çıxış, bu qrup üçün sosial inteqrasiya, iqtisadi müstəqillik və həyat keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır.
Müasir dünyada bir çox ölkə inklüziv təhsil modelini tətbiq edərək SİMŞ-in universitetlərə qəbul prosesini daha əlçatan edir.
Azərbaycanda isə bu sahədə müəyyən addımlar atılsa da, bir sıra çətinliklər qalmaqdadır.
Sfera.az bildirir ki, dünyada sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnun təmin olunması üçün müxtəlif modellər mövcuddur.
ABŞ-də "Americans with Disabilities Act" (ADA) çərçivəsində universitetlər tələbələr üçün xüsusi resurslar mərkəzləri yaradır.
Qəbul prosesində isə əlillik statusu olan şəxslər üçün əlavə güzəştlər tətbiq olunur.
Avropanın bəzi ölkələrində (məsələn, Almaniya və İsveç) SİMŞ üçün təqaüdlər, mentorluq proqramları və fərdi tədris planları hazırlanır.