Icma.az
close
up
RU
Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil almasında hansı problemlər mövcuddur?

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil almasında hansı problemlər mövcuddur?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Sağlamlıq imkanları məhdud şəxslərin (SİMŞ) təhsil hüququ, həm insan haqları prinsipləri, həm də cəmiyyətin inkişafı üçün əsas amillərdən biridir. Təhsilə çıxış, bu qrup üçün sosial inteqrasiya, iqtisadi müstəqillik və həyat keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır. Müasir dünyada bir çox ölkə inklüziv təhsil modelini tətbiq edərək SİMŞ-in universitetlərə qəbul prosesini daha əlçatan edir. Azərbaycanda isə bu sahədə müəyyən addımlar atılsa da, bir sıra çətinliklər qalmaqdadır.

Sfera.az bildirir ki, dünyada sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnun təmin olunması üçün müxtəlif modellər mövcuddur.

ABŞ-də "Americans with Disabilities Act" (ADA) çərçivəsində universitetlər tələbələr üçün xüsusi resurslar mərkəzləri yaradır. Qəbul prosesində isə əlillik statusu olan şəxslər üçün əlavə güzəştlər tətbiq olunur. Avropanın bəzi ölkələrində (məsələn, Almaniya və İsveç) SİMŞ üçün təqaüdlər, mentorluq proqramları və fərdi tədris planları hazırlanır. Avstraliyada universitetlərdə xüsusi məsləhətçi xidmətləri təklif olunur və qəbul zamanı abituriyentlərin ehtiyaclarına uyğun olaraq əlavə vaxt və ya xüsusi imtahan şəraiti təmin edilir. Skandinaviya ölkələrində və Sinqapurda rəqəmsal texnologiyalar vasitəsilə qəbul prosesi və təhsil proqramları daha əlçatan edilir. Görmə, eşitmə və hərəkət məhdudiyyəti olan şəxslər üçün xüsusi proqram təminatı hazırlanır. Bəzi ölkələrdə (məsələn, Kanada və Yaponiya) universitetlərin fiziki infrastrukturu tamamilə inklüzivdir. Rampalar, liftlər, xüsusi dərs otaqları və yataqxanalar əlilliyi olan tələbələr üçün uyğunlaşdırılır. Azərbaycanda SİMŞ-in ali təhsil müəssisələrinə çıxışını təmin etmək üçün müəyyən hüquqi və institusional tədbirlər mövcuddur. Lakin mövcud sistemdə bir sıra məhdudiyyətlər qalmaqdadır.

Azərbaycan Respublikası Konstitusiyası və "Təhsil Haqqında Qanun" sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu tanıyır. Lakin bu hüququn tətbiqi mexanizmləri hələ də tam işlək deyil. Dövlət İmtahan Mərkəzi (DİM) qəbul prosesində SİMŞ üçün müəyyən güzəştlər təqdim etsə də, bu güzəştlər bəzən yetərsiz qalır. Universitetlərin əksəriyyətində fiziki əlçatanlıq problemi mövcuddur. Rampalar, liftlər və xüsusi dərs otaqları məhdud saydadır. Cəmiyyətin bəzi hissələrində SİMŞ-in ali təhsilə ehtiyacı ilə bağlı yanlış təsəvvürlər mövcuddur ki, bu da onların motivasiyasını və cəmiyyətdə qəbulunu çətinləşdirir. Görmə və eşitmə məhdudiyyətləri olan tələbələr üçün tədris materiallarının hazırlanmasında çətinliklər var. SİMŞ ilə işləyə biləcək ixtisaslı mütəxəssislərin azlığı təhsil keyfiyyətinə təsir edir. Ailələrin və gənclərin inklüziv təhsil proqramları haqqında yetərli məlumata sahib olmamaları da problem kimi qalır.

Mövzu ilə bağlı təhsil eksperti Vüsal Kərimli bildirib ki, sağlamlıq imkanları məhdud olan şəxslər üçün aydın siyasətlər hazırlanmalıdır:

“Universitetlər üzrə sağlamlıq imkanları məhdud olan şəxslər üçün qəbul faizi (say) müəyyən edilə bilər. Bu qrupa daxil olan şəxslərin KPİ izlənməsi, tədrisin təşkili, infrastruktur və s. istiqamət üzrə qanunvericiliyin təkmiləşdirilməsi faydalı olar. Həmçinin qəbul formasını yalnız buraxılış balı üzrə aparmaq olar”.

Həmçinin SİMŞ-in qəbul prosesində xüsusi kvotaların artırılması, imtahanlarda fərdi şəraitin təmin edilməsi (məsələn, əlavə vaxt, asanlaşdırılmış testlər), universitetlərin fiziki mühitinin tamamilə inklüziv hala gətirilməsi, onlayn təhsilin əlçatanlığının artırılması, SİMŞ-in ailələri və cəmiyyət üçün məlumatlandırıcı kampaniyaların keçirilməsi, təhsil müəssisələrində inklüzivlik haqqında təlimlərin təşkil edilməsi, təhsil resurslarının SİMŞ-ə uyğun rəqəmsal platformalarda təqdim edilməsi problemin aradan qaldırılması üçün töhfə verə bilər. 

Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri