Azərbaycanda səhiyyə sisteminin inkişafı və yeni islahatlar ŞƏRH | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 31 yanvar, AZƏRTAC Bu gün Azərbaycan öz inkişaf dinamikası ilə bir çox dövlətlərə örnəkdir.
Bunun əsasında ölkəmizin iqtisadi potensialı ilə yanaşı, daxili siyasətdə yürüdülən uğurlu strategiya dayanır.
Ümummilli Lider Heydər Əliyevin dahiyanə dövlət quruculuğu konsepsiyasını mükəmməl şəkildə tamamlayan Prezident İlham Əliyev hər bir xalqın, dövlətin inkişafında müstəsna dərəcədə mühüm yer tutan təhsil və səhiyyə sisteminə hər zaman ciddi önəm verir.Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.O bildirib ki, Azərbaycanın ən böyük sərvətinin məhz insan amili olduğunu əsas prinsip hesab edən dövlətimizin başçısının səhiyyə sistemində apardığı islahatlar bu sahədə özünün yüksək nəticələrini göstərməkdədir.
Məhz bunun təsdiqi olaraq bu gün səhiyyəmiz bütün parametrlər üzrə dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq gücündədir.
“Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İcbari Tibbi Sığortanın tətbiqi və ardıcıl olaraq xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi sosial məmnunluq yaratmaqla yanaşı, həm də onun sübutudur ki, dövlətimiz vətəndaşının yanındadır.
Vətəndaşımızın sağlamlığı, tibbi xidmətlərə əlçatanlığın təmin olunması dövlətimiz üçün son dərəcə önəmli, vacib məsələlərdən biridir.Səhiyyə sistemi ilə bağlı mövcud uğurların əsasında həm də mütəmadi olaraq bu sahə üzrə aparılar rəsmi müzakirələr və dinləmələr xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmələr də bu məqsədlə təşkil olunmuşdu.
Tam oxu
Xəbəri oxu