Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Azərbaycanda səhiyyə sisteminin inkişafı və yeni islahatlar ŞƏRH

Azərbaycanda səhiyyə sisteminin inkişafı və yeni islahatlar ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

Bu gün Azərbaycan öz inkişaf dinamikası ilə bir çox dövlətlərə örnəkdir. Bunun əsasında ölkəmizin iqtisadi potensialı ilə yanaşı, daxili siyasətdə yürüdülən uğurlu strategiya dayanır. Ümummilli Lider Heydər Əliyevin dahiyanə dövlət quruculuğu konsepsiyasını mükəmməl şəkildə tamamlayan Prezident İlham Əliyev hər bir xalqın, dövlətin inkişafında müstəsna dərəcədə mühüm yer tutan təhsil və səhiyyə sisteminə hər zaman ciddi önəm verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Azərbaycanın ən böyük sərvətinin məhz insan amili olduğunu əsas prinsip hesab edən dövlətimizin başçısının səhiyyə sistemində apardığı islahatlar bu sahədə özünün yüksək nəticələrini göstərməkdədir. Məhz bunun təsdiqi olaraq bu gün səhiyyəmiz bütün parametrlər üzrə dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq gücündədir.

“Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İcbari Tibbi Sığortanın tətbiqi və ardıcıl olaraq xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi sosial məmnunluq yaratmaqla yanaşı, həm də onun sübutudur ki, dövlətimiz vətəndaşının yanındadır. Vətəndaşımızın sağlamlığı, tibbi xidmətlərə əlçatanlığın təmin olunması dövlətimiz üçün son dərəcə önəmli, vacib məsələlərdən biridir.

Səhiyyə sistemi ilə bağlı mövcud uğurların əsasında həm də mütəmadi olaraq bu sahə üzrə aparılar rəsmi müzakirələr və dinləmələr xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmələr də bu məqsədlə təşkil olunmuşdu. Müzakirələr şübhəsiz ki, ölkədə aparılan uğurlu səhiyyə islahatlarını, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Əlbəttə, Azərbaycanda inkişaf etmiş səhiyyə sistemi var, öz vətəndaşlarına geniş çeşiddə tibbi xidmətlər göstərir. Ölkədə dövlət və özəl xəstəxanalar, klinikalar şəbəkəsi, bir sıra ixtisaslaşmış tibb mərkəzləri mövcuddur. Səhiyyə sisteminin düzgün işləməsini və vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxışını təmin etmək üçün zəruri addımlar atılır.

Təbii ki, Azərbaycanın səhiyyə sistemi infrastruktura, avadanlıqlara və tibb işçilərinin təliminə artan investisiyalar sayəsində son on ildə əhəmiyyətli irəliləyişlər əldə edib. Dövlət kənd yerlərində də əhalinin tibbi xidmətə çıxış imkanlarını yaxşılaşdırmaq üçün səylər göstərir. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sistemi yüksək keyfiyyətli hesab olunur və vətəndaşlara geniş spektrli tibbi xidmətlər göstərməyə qadirdir”, - deyə deputat vurğulayıb.

Rəşad Mahmudov etiraf edib ki, ölkənin ucqar rayonlarında tibbi xidmətlərin əlçatanlığı, eləcə də xəstəxanalarda bəzi xidmətlərin keyfiyyəti ilə bağlı problemlər var. Lakin son illər Azərbaycan hökuməti səhiyyənin vəziyyətinin yaxşılaşdırılması, o cümlədən xəstəxanaların təkmilləşdirilməsi, tibbi avadanlıqların yenilənməsi və tibb kadrlarının hazırlanması istiqamətində səylər göstərib.

“Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da tibbi xidmətlərin əlçatanlığı coğrafi mövqe, maliyyə imkanları, tibbi xidmətin keyfiyyəti və infrastruktur kimi bir çox amillərdən asılıdır. Şəhərlərdə (xüsusən də Bakıda) tibbi xidmətlər daha yüksəkdir. Bu ərazilərdə yüksək keyfiyyətli xidmət göstərən iri tibb müəssisələri, müasir klinikalar, xəstəxanalar və ixtisaslaşmış mərkəzlər yerləşir. Bəzi kənd yerlərində və ucqar ərazilərdə bu məsələdə əlçatanlıq məhdudlaşır. Təbii ki, hökumət son illər vəziyyəti yaxşılaşdırmaq üçün vacib addımlar atır və sadaladığımız ərazilərdə hər kəsin yüksək keyfiyyətli tibb xidməti almaq imkanlarını genişləşdirir.

Burada daha bir maraqlı məqama da toxunmaq zəruridir. Səhiyyə xidmətlərinin əlçatanlığı xüsusilə rəqəmsallaşma və səhiyyə islahatları kontekstində mühüm mövzudur. Beynəlxalq praktika göstərir ki, tibbin rəqəmsallaşması tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Onlayn xidmətlərin, teletibbin və süni intellektin tətbiqi xəstələrlə qarşılıqlı əlaqəni yaxşılaşdırır, tibbi qeydlərdəki səhvləri azaldır və həkimlərin səmərəliliyini artırır. Bu mənada Azərbaycanda rəqəmsal tibbi xidmətlərin də inkişafı əhalinin sağlamlığının qorunmasına öz təsirini göstərə bilər”, - deyə deputat diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri