Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Daha yaxşı olardı ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də sektorlar üzrə minimum əməkhaqqı müəyyənləşsin.
Bəzi sektorlarda əməkhaqqı kifayət qədər yüksəkdir. Burada təbii ki, minumum əməkhaqqının ölkə üzrə eyni səviyyədə müəyyənləşdirilməsi həmin
Minimum əməkhaqqı ilə bağlı əsas meyarları müəyyənləşdirmişik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
"Təklif etmək istəyərdim ki, bütün hallarda istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğinin fərqli müəyyənləşdirilməsinə baxaq və ya bu məsələni müzakirə edək.
Əgər məqsədəuyğun hesab olunarsa, növbəti mərhələdə təkcə ölkə üzrə vahid, yəni fiks minimum əməkhaqqı məbləğinin deyil, istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi həyata keçirilə bilər", - deyə deputat bildirib.
Anar Kəlbiyev Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.