Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqı müəyyənləşməsi təklif edilir
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Daha yaxşı olardı ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də sektorlar üzrə minimum əməkhaqqı müəyyənləşsin. Bəzi sektorlarda əməkhaqqı kifayət qədər yüksəkdir. Burada təbii ki, minumum əməkhaqqının ölkə üzrə eyni səviyyədə müəyyənləşdirilməsi həmin sektorda əməkhaqı ödənişlərinə təsir göstərir. Minimum əməkhaqqı ilə bağlı əsas meyarları müəyyənləşdirmişik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
"Təklif etmək istəyərdim ki, bütün hallarda istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğinin fərqli müəyyənləşdirilməsinə baxaq və ya bu məsələni müzakirə edək. Əgər məqsədəuyğun hesab olunarsa, növbəti mərhələdə təkcə ölkə üzrə vahid, yəni fiks minimum əməkhaqqı məbləğinin deyil, istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi həyata keçirilə bilər", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Yanvar 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















