Azərbaycanda tibb bacıları da universitetdə oxuyacaq: Bəs kolleclər? | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müasir dövrdə tibb geniş və çoxşaxəli sahə olaraq, müxtəlif ixtisaslı mütəxəssislərin fəaliyyəti əsasında qurulur.
Tibb təhsili verən ali məktəblərin də əsas hədəfi tibb sahəsi üzrə peşəkar, savadlı kadrların hazırlanmasıdır.
“Tibb bacısı işi” ixtisası Azərbaycanda daha əvvəllər sadəcə kollec təhsili ilə kifayətlənirdi. İndi isə vəziyyət dəyişib.
Azərbaycan Tibb Universitetindən “Cebheinfo.az”-a bildirilib ki, artıq 2020-ci ildən universitetdə “Tibb bacısı işi” ixtisası bakalavr səviyyəsində açılıb: “Burada ali təhsilli tibb işçiləri olacaq və onlar ixtisaslaşacaqlar.
Həmçinin xarici ölkələrdə təcrübə keçəcəklər. Universitetlə kollecin verdiyi təhsil də fərqlidir.
Qonşu Türkiyə də daxil olmaqla, dünya ölkələrində ali tibb müəssisələrində tibb bacısı ixtisası var idi. Azərbaycanda isə olmayıb.
“Tibb bacısı işi” üzrə bakalavr dərəcəsi qlobal tendensiyalara və transmilli təhsil standartlarına dair Boloniya Bəyannaməsinin müddəalarına müvafiq olaraq bu təhsilə yiyələnən mütəxəssislər üçün yeni, geniş perspektivlər açır.
Tam oxu
Xəbəri oxu