Icma.az
close
up
RU
Azərbaycanda tibb bacıları da universitetdə oxuyacaq: Bəs kolleclər?

Azərbaycanda tibb bacıları da universitetdə oxuyacaq: Bəs kolleclər?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə tibb geniş və çoxşaxəli sahə olaraq, müxtəlif ixtisaslı mütəxəssislərin fəaliyyəti əsasında qurulur.

Tibb təhsili verən ali məktəblərin də əsas hədəfi tibb sahəsi üzrə peşəkar, savadlı kadrların hazırlanmasıdır. “Tibb bacısı işi” ixtisası Azərbaycanda daha əvvəllər sadəcə kollec təhsili ilə kifayətlənirdi. 

İndi isə vəziyyət dəyişib. Azərbaycan Tibb Universitetindən “Cebheinfo.az”-a bildirilib ki, artıq 2020-ci ildən universitetdə “Tibb bacısı işi” ixtisası bakalavr səviyyəsində açılıb:

“Burada ali təhsilli tibb işçiləri olacaq və onlar ixtisaslaşacaqlar. Həmçinin xarici ölkələrdə təcrübə keçəcəklər. 

Universitetlə kollecin verdiyi təhsil də fərqlidir. Qonşu Türkiyə də daxil olmaqla, dünya ölkələrində ali tibb müəssisələrində tibb bacısı ixtisası var idi. Azərbaycanda isə olmayıb. 

“Tibb bacısı işi” üzrə bakalavr dərəcəsi qlobal tendensiyalara və transmilli təhsil standartlarına dair Boloniya Bəyannaməsinin müddəalarına müvafiq olaraq bu təhsilə yiyələnən mütəxəssislər üçün yeni, geniş perspektivlər açır. İxtisas üzrə bakalavr təhsili kolleclərdən fərqli olaraq 4 ildir. Fənlər öz ixtisası üzrə peşəkar olan müəllim kollektivi tərəfindən aparılır. Dərslər nəzəri və praktik şəkildə tədris edilir. Baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılması yönündə bir çox fənlər tədris olunur. 

Tədris zamanı ən son məlumatlar tələbələrə çatdırılır. Fənn spektri daha genişdir. Bu isə təhsilin dünya standartları ilə ayaqlaşmasında böyük rol oynayır. Həmçinin mübadilə proqramları vasitəsilə təhsilalanlar dünyanın tibb təhsili verən bir çox aparıcı müəssisələrində təhsil almaq şansına sahib ola bilərlər. 

ATU-da bakalavr pilləsində təhsil almış tibb bacıları/qardaşları üçün açılan perspektivlərdən biri də sonradan Bolonya Bəyannəməsinə müvafiq olaraq, magistr, doktorantura pillələrində təhsil almaq imkanlarıdır. Bu səviyələrdə elmi-tədqiqat işlərini müdafiə edərək ali təhsilli tibb bacıları/qardaları dosent, professor səviyyəsinə qədər yüksələ bilərlər”.  O da bildirilib ki, Azərbaycan Tibb Universiteti yaxın gələcəkdə magistr səviyyəsində “Tibb bacısı işi” ixtisası üzrə tədris prosesinə başlamağı planlaşdırır:

“Əsas hədəf gələcəkdə öz sahəsi üzrə kifayət qədər biliyə və praktik baxımdan yetərli bacarıqlara sahib ixtisaslaşmış tibb bacılarının/qardaşlarının hazırlamaqdır”. 

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, radioloq Aydın Əliyev “Tibb bacısı işi” ixtisasının universitet səviyyəsində tədrisini alqışlayıb: 

“Mən bu addımı alqışlayıram. İndi tibb texnikumları ilə yanaşı, Azərbaycan Tibb Universiteti “Tibb bacısı işi”ixtisası hazırlayırsa, sonda müqayisə olacaq. 

Hansının nəticələri daha yaxşı olarsa, rəqabət nəticəsində o daha da inkişaf edəcək. Əminəm ki, Azərbaycan Tibb Universitetinin hazırlayacağı tibb bacılarının biliyi, vərdişləri daha üstün olacaq. Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün imtahan verəcəklər, ancaq universitetə balı çatmayanlar əvvəlki sistemlə feldşer səviyyəsində, yəni tibb bacısından bir pillə üstün olacaqlar. Tibb bacıları orta tibb işçisi kateqoriyasına aiddir. Orta tibb işçilərinin də müxtəlif ixtisasları- radioloq texnik, mamaçalar var. 

Yəni rutin tibb bacısı biliyindən üstün bilik tələb olunan orta “Tibb işçisi işi” ixtisasları var. Onların da hazırlanması daha rahat olacaq. Bakalavr pilləsindən məzun olduqdan sonra onların həkim şansı da olacaq. Belə ki, istəyənlər imtahan verib, yenidən davam edib, həkimliyə keçid ala biləcəklər”.
Nigar Abdullayeva 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:445
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri