Azərbaycanda və dünyada boşanma mədəniyyəti NECƏDİR? ARAŞDIRMA | Icma.az
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ailə qurmaq iki fərqli nəslin birləşməsi, tanış olması, qohumluq bağları ilə bir-birinə bağlanması deməkdir.
Bir boşanma hadisəsi ilə bir neçə nəfər zərər çəkir, çox sayda mənfi və xoşagəlməz nəticələr baş verir.
Boşanma, ailə problemləri və çətinlikləri çərçivəsində ən son atılan addımdır. Təəssüf ki, çox zaman atılan ən birinci addım olur.
Boşanan tərəflər adətən bir-birinə düşmən kəsilir, ana bir daha uşağı göstərməyəcəyini, ata isə aliment verməmək barədə fikirlər səsləndirir.
Bir sözlə ayrılan cütlüklər bir-birlərini nədəsə ittiham edir. Bu hal onu göstərir ki, boşanma mədəniyyəti deyilən mədəniyyət forması var.
Azərbaycanda və dünyada boşanma mədəniyyəti necədir? Son 20 ildə Azərbaycanda boşanmaların sayı xeyli artıb.
1991, 2017, 2018 və 2020-ci illərdə 1000 nəfərə 1,5 boşanma, 1992, 2013, 2014 və 2015-ci illərdə 1,3 boşanma, 1993, 2006, 2008 və 2009-cu illərdə 0,9 boşanma, 1994, 1997, 2003 və 2004-cü illərdə 0,8 boşanma, 1995, 1996, 1998, 2000, 2001 və 2002-ci illərdə 0,7 boşanma, 1999-cu ildə 0,6 boşanma, 2005-ci ildə 1,1 boşanma, 2007 və 2010-cu illərdə 1 boşanma, 2011 və 2012-ci illərdə 1,2 boşanma, 2016-cı ildə 1,4 boşanma, 2019 və 2021-ci illərdə 1,7 boşanma, 2022-ci ildə 1,6 boşanma, 2023 və 2024-cü illərdə 2,1 boşanma sənədləşib.
Tam oxu
Xəbəri oxu