Icma.az
close
up
RU
Azərbaycanda və dünyada boşanma mədəniyyəti NECƏDİR? ARAŞDIRMA

Azərbaycanda və dünyada boşanma mədəniyyəti NECƏDİR? ARAŞDIRMA

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ailə qurmaq iki fərqli nəslin birləşməsi, tanış olması, qohumluq bağları ilə bir-birinə bağlanması deməkdir. Bir boşanma hadisəsi ilə bir neçə nəfər zərər çəkir, çox sayda mənfi və xoşagəlməz nəticələr baş verir. Boşanma, ailə problemləri və çətinlikləri çərçivəsində ən son atılan addımdır. Təəssüf ki, çox zaman atılan ən birinci addım olur.

Boşanan tərəflər adətən bir-birinə düşmən kəsilir, ana bir daha uşağı göstərməyəcəyini, ata isə aliment verməmək barədə fikirlər səsləndirir. Bir sözlə ayrılan cütlüklər bir-birlərini nədəsə ittiham edir. Bu hal onu göstərir ki, boşanma mədəniyyəti deyilən mədəniyyət forması var. Azərbaycanda və dünyada boşanma mədəniyyəti necədir?

Son 20 ildə Azərbaycanda boşanmaların sayı xeyli artıb. 1991, 2017, 2018 və 2020-ci illərdə 1000 nəfərə 1,5 boşanma, 1992, 2013, 2014 və 2015-ci illərdə 1,3 boşanma, 1993, 2006, 2008 və 2009-cu illərdə 0,9 boşanma, 1994, 1997, 2003 və 2004-cü illərdə 0,8 boşanma, 1995, 1996, 1998, 2000, 2001 və 2002-ci illərdə 0,7 boşanma, 1999-cu ildə 0,6 boşanma, 2005-ci ildə 1,1 boşanma, 2007 və 2010-cu illərdə 1 boşanma, 2011 və 2012-ci illərdə 1,2 boşanma, 2016-cı ildə 1,4 boşanma, 2019 və 2021-ci illərdə 1,7 boşanma, 2022-ci ildə 1,6 boşanma, 2023 və 2024-cü illərdə 2,1 boşanma sənədləşib. Rəsmi statistikaya görə, 2025-ci ilin ilk ayında Azərbaycanda hər 1000 nəfərə 5,4 nikah, 2,1 boşanma düşüb. Mütəxəssislər bildirir ki, boşanmaların səbəbləri arasında əsas yeri məişət zorakılığı tutur. Həmçinin maddi durumun yetərsizliyi, sonsuzluq, narkotik aludəçiliyi və s. əsas səbəblər sırasındadır.

Lakin təkcə Azərbaycanda deyil, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində də boşanmaların sayı artan sıra ilə yüksəlir. Məsələn, statistikaya görə, Macarıstanda bağlanan nikahların 67 faizi boşanma ilə nəticələnir. Bu ölkədə hər 10 kişidən biri boşanmış olur. Araşdırmalardan məlum olur ki, Macarıstanda boşamaların böyük əksəriyyətinin səbəbi çox sadə, hətta bizim üçün mənasız hesab edilən problemlərdən baş verir.

Portuqaliyada da boşanmaların sayı 68 faizdir. Statistikaya görə hər gün ölkədə azı 70 ailə boşanır. Çexiyada isə boşanma nisbəti 66 faiz olub.

İsveçdə isə boşanma nisbəti 47 faizdir. Araşdırmaya görə bu ölkədə daha çox qadınlar boşanmaya müraciət edir.

Belçika boşanma məsələsində bir çox ölkələri üstələyir. Bu ölkədə boşanma nisbəti 71 faizdir və artıq belçikalılar üçün boşanma adiləşib, heç də dramatik qəbul edilmir.

ABŞ-da isə boşanma nisbəti 53, Rusiyada 51 faizdir. Məlumata görə Rusiyada boşanmaların səbəbləri yaşayış yerinin olmaması, alkoqolizm və digər məsələlərdir.

Göründüyü kimi, dünyanın ən inkişaf ölkələrində belə boşanma məsələsi artıq adiləşib. Lakin Azərbaycandan fərqli olaraq adı çəkilən bu ölkələrdə boşanma mədəniyyəti var. Yəni, tərəflər artıq bir yerdə yaşamağın mümkün olmadığını qərarlaşdırıb, məhkəməyə müraciət edir, sivil yolla boşanmağa çalışır və çox zaman buna nail olur. Azərbaycanda isə çox nadir hallarda sivil yolla boşanma baş tutur.

Adətən cütlüklər qarşılıqlı ittihamlar, qalmaqallar ilə boşanır və çox zaman bu qalmaqallar boşanmadan sonra da davam edir, bəzən isə faciələrlə nəticələnir. Bununla bağlı tez-tez mətbuatda, mediada “Keçmiş ər arvadını öldürdü”, “Keçmiş arvadını vəhşicəsinə döydü” və s. kimi xəbərlərə rast gəlirik. Məlum olur ki, azərbaycanlı kişilərin böyük əksəriyyəti rəsmən öz arvadından boşansa belə, onu öz mülkiyyəti hesab edir, daimi nəzarətdə saxlayır, hər bir işinə, hətta geyiminə və digər məsələlərə müdaxilə etməyə çalışır. Bəzən illərlə boşandığı keçmiş arvadını kiminləsə münasibətdə olduğunu biləndə onu öldürür və ya ağır xəsarətlər yetirir.

Bəs Azərbaycanda dünya ölkələrində olduğu kimi niyə boşanma mədəniyyəti yoxdur? SİA mövzu ilə araşdırma aparıb.

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev: "Ailə qurmaq, evlilik insan həyatının ən vacib mərhələlərindən biridir. İslamda evlilik, kişi və qadının bir araya gəlib ailə qurması, uşaqlar dünyaya gətirməsi, cəmiyyətin davam etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu, Allahın istədiyi bir düzəndir. Lakin, hər evlilik uğurlu olmur, bəzən müxtəlif səbəblərdən dolayı evliliklər başa çatır və boşanma həyata keçirilir.

İslamda evlilik, ailə qurulması çox qiymətli bir əməl olaraq qəbul edilir. Peyğəmbərimiz (s.a.v) evliliyi təşviq etmiş və bu sahədə müxtəlif hədislərdə əhəmiyyətli mesajlar vermişdir. Lakin, boşanma İslamda mütləq olaraq haram sayılmasa da, Allahın ən xoşlamadığı bir əməl olaraq xarakterizə edilmişdir. Hədislərdə bildirilir ki, Allah boşanmanı sevməz, amma boşanma bəzi hallarda zərurət halına gələndə icazə verilir.

Boşanmaların müxtəlif səbəbləri olur, ailə üzvləri arasında ciddi anlaşılmazlıq, qarşılıqlı hörməti itirmək, ağır sosial durum, xəyanət və digər ağır səbəblər göstərilə bilər.

Boşanmanın hüquqi tərəfi də çox vacibdir. İslamda evlilik müqaviləsi, dini kəbin adı altında, kişi və qadın arasında bağlanır. Lakin, bu müqavilənin hüquqi bir əsası yoxdur. Bununla yanaşı, cəmiyyətimizdə bəzən insanlar dini kəbini bağlamağa önəm versələr də, rəsmi nigahı gözardı edirlər. Bu isə boşanma zamanı hüquqi məsələlərin qarışıqlığına səbəb ola bilər. Rəsmi nikah bağlanmadıqda, tərəflərin mülki hüquqları, miras məsələləri, əmlak bölüşdürülməsi və digər hüquqi məsələlər əngəllər törədir.

Rəsmi nikah, boşanma zamanı hər iki tərəfin hüquqlarını qoruyur və ədalətli mülkiyyət bölüşdürülməsini təmin edir. Bu səbəbdən, gənclər evlənməzdən əvvəl dini kəbinlə yanaşı, rəsmi nikah da bağlamalıdırlar.

Boşanmanın etik tərəfi isə daha mürəkkəb bir məsələdir. Cəmiyyətdə boşanma hallarında, xüsusən də insanlar arasında qarşılıqlı ittihamlar və böhtanlar çox yaygındır. Qadın kişini xəyanət etməkdə, kişi isə qadını narkomaniya və ya digər ciddi günahlarda ittiham edir. Bu, əksər hallarda, boşanmanın etik prinsiplərinə riayət edilməməsindən qaynaqlanır. Boşanma zamanı tərəflər bir-birlərinə sübutsuz ittihamlar yönəldərək, hər biri öz mövqeyini gücləndirməyə çalışır. Bu, yalnız ailə üzvləri arasındakı münasibətləri daha da gərginləşdirir və daha böyük sosial problemlərə yol açır.

Boşanma etikası, hər iki tərəfin hörmətinə, dürüstlüyünə və qarşılıqlı anlaşmasına əsaslanmalıdır. Hər iki tərəf münaqişələrini sülh yolu ilə həll etməyə çalışmalı, qarşı tərəfi alçaltmaqdan çəkinməlidir. Etik bir boşanma prosesində, hər iki tərəf bir-birini ləyaqətlə qəbul edər və nəticədə, cəmiyyətə olan təsir ən aza enmiş olar.

Evlilik və boşanma məsələləri həm dini, hüquqi, həm də etik baxımdan çox önəmlidir. İslamda evliliyə böyük əhəmiyyət verilsə də, bəzi hallarda boşanma zəruri olur. Lakin boşanmanın heç bir zaman cəmiyyətin və tərəflərin faydasına olmadığını unutmaq olmaz. Evlilikdən əvvəl dini və rəsmi nikah bağlamaq, boşanma zamanı isə hər iki tərəfin hüquqlarını qorumaq və etik prinsiplərə riayət etmək, sağlam bir cəmiyyətin yaranmasında əhəmiyyətli bir rol oynayır. Bu səbəbdən, cəmiyyətimizdə boşanma məsələlərinə daha ciddi yanaşılmalı, hər iki tərəf arasında ədalət və qarşılıqlı hörmət təmin edilməlidir".

Uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova: "Boşanma iki nəfərin, yəni, qadın və kişinin arasında olmasına baxmayaraq, reallıqda belə olmur. Boşanma qərarına boşanmaq istəyən hər iki tərəfin ana-atası, övladları müdaxilə edir. Boşanma prosesi təbii olaraq hər iki tərəfin psixologiyasına mənfi təsirini göstərir. Çünki bu proses özü də insanın öz dünyasında yasıdır. İstər-istəməz boşanma prosesi kişi və qadının yaxınlarını, xüsusilə də övladlarını məyus edir. Ayrılan insanların bir-birinə nifrəti, qınağı ola bilir. Sağlam şəkildə boşanma bizim mentalitetdə az hallarda olur. Çünki boşanan qadını da, kişini qınayan çox olur. Xüsusilə də, qadın qınanılır.

Boşandıqdan sonra bəzən qadın və ya kişi övladlarını qarşı tərəfə göstərməməklə içindəki hirsini çıxarmağa çalışır. Ancaq unutmamalıyıq ki, uşaqların bu prosesdə günahı yoxdur. Uşaqların gözündə onlar boşanan insanlar deyil, çox sevdikləri ana və atadır. Ümumiyyətlə, çox yaxşı olar ki, insan boşanma qərarını hirsliykən deyil, yaxsı düşünərək, müdaxilələrə imkan verməyərək özü versin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri