Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda onkoloji xəstələrə göstərilən tibbi yardımın əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, “Onkoloji yardım haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, gələcəkdə onkoloji xidmətlərin özəl tibb müəssisələrində də həyata keçirilməsi mümkün olacaq.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Milli Məclisin Səhiyyə komitəsində onkoloji yardım haqqında qanuna müvafiq dəyişikliklərin qəbul olunması və birinci oxunuşda təsdiqlənməsi mühüm məsələdir:
“Biz artıq onkoloji xəstələrə göstərilən tibbi yardımı özəl sektor tərəfindən də həyata keçirmək üçün şərait yaradırıq. Bu, həm dövlət səhiyyəsi üzərinə düşən yükü azaldır, həm də vətəndaşların fərqli sektorlarda fəaliyyət göstərən həkimlərə müraciət etmək imkanını artırır və özəl sektorun inkişafı qarşısında olan maneələri aradan qaldırır. Onkoloji xəstələrə göstərilən tibbi yardımın özünəməxsus xüsusiyyətləri var və fərqli maddi-texniki baza tələb olunur. Buna görə də bu məsələlər tam diqqətlə tənzimlənməlidir. Səhiyyə Nazirliyi müvafiq istiqamətdə kriteriyalar müəyyən edəcək və yalnız bu kriteriyalara uyğun olan qurumlar yardım göstərə biləcək. Prosesin və sahənin spesifikliyi ciddi şəkildə nəzərə alınmalıdır. Bu dəyişiklik nəticəsində xəstələr və müraciət edən vətəndaşlar özəl sektorun tələblərinə uyğun xidmətlərdən yararlana biləcəklər. Bu xidmətlər öyrədici və keyfiyyətli olacaq. Gələcək strateji xətt ondan ibarətdir ki, onkoloji xəstələrin müalicəsi icbari tibbi sığorta çərçivəsində əhatə olunsun”.
O əlavə edib ki, xidmətin çeşidliyini artırmaq üçün atılan bu addımlar özəl sektorun investisiyalarını cəlb etməyə və onkoloji xidmət göstərən xəstəxanaların sayını artırmağa imkan verəcək:
“Vətəndaşlar dövlət xəstəxanalarında pulsuz müalicə ala biləcəkləri halda, özəl sektora müraciət etmək istəsələr, bu da təmin ediləcək. Məqsəd xidmətin əlçatanlığını artırmaqdır. Azərbaycan dövlətinin strateji məqsədi isə sosial dövlət prinsiplərinə uyğun olaraq bütün xəstəliklərin, xüsusilə onkoloji xəstəliklərin, icbari tibbi sığorta çərçivəsində əhatə olunmasıdır. Gələcəkdə onkoloji xəstəliklərin də tam şəkildə bu çərçivədə əhatə olunması strateji hədəfdir”.
Qeyd edək ki, artıq onkoloji diaqnozla mübarizəaparanlar yalnız dövlət xəstəxanalarındakı növbələrə və imkanlara bağlı qalmayacaq. Gələcəkdə icbari tibbi sığorta bu sahəni tam əhatə etdikdə, vətəndaş yüksək ödənişlər etmədən ən müasir özəl klinikalarda da peşəkar həkim xidmətindən yararlana biləcək. Bu, həm vaxt itkisinin qarşısını alacaq, həm də müalicənin effektivliyini artıracaq.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Milli Məclisin Səhiyyə komitəsində onkoloji yardım haqqında qanuna müvafiq dəyişikliklərin qəbul olunması və birinci oxunuşda təsdiqlənməsi mühüm məsələdir: