Icma.az
close
up
RU
Azərbaycanda xərçəng xəstəliyinin müalicəsində yeni dövr başlayır AÇIQLAMA

Azərbaycanda xərçəng xəstəliyinin müalicəsində yeni dövr başlayır AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda onkoloji xəstələrə göstərilən tibbi yardımın əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, “Onkoloji yardım haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, gələcəkdə onkoloji xidmətlərin özəl tibb müəssisələrində də həyata keçirilməsi mümkün olacaq.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, Milli Məclisin Səhiyyə komitəsində onkoloji yardım haqqında qanuna müvafiq dəyişikliklərin qəbul olunması və birinci oxunuşda təsdiqlənməsi mühüm məsələdir:
“Biz artıq onkoloji xəstələrə göstərilən tibbi yardımı özəl sektor tərəfindən də həyata keçirmək üçün şərait yaradırıq. Bu, həm dövlət səhiyyəsi üzərinə düşən yükü azaldır, həm də vətəndaşların fərqli sektorlarda fəaliyyət göstərən həkimlərə müraciət etmək imkanını artırır və özəl sektorun inkişafı qarşısında olan maneələri aradan qaldırır. Onkoloji xəstələrə göstərilən tibbi yardımın özünəməxsus xüsusiyyətləri var və fərqli maddi-texniki baza tələb olunur. Buna görə də bu məsələlər tam diqqətlə tənzimlənməlidir. Səhiyyə Nazirliyi müvafiq istiqamətdə kriteriyalar müəyyən edəcək və yalnız bu kriteriyalara uyğun olan qurumlar yardım göstərə biləcək. Prosesin və sahənin spesifikliyi ciddi şəkildə nəzərə alınmalıdır. Bu dəyişiklik nəticəsində xəstələr və müraciət edən vətəndaşlar özəl sektorun tələblərinə uyğun xidmətlərdən yararlana biləcəklər. Bu xidmətlər öyrədici və keyfiyyətli olacaq. Gələcək strateji xətt ondan ibarətdir ki, onkoloji xəstələrin müalicəsi icbari tibbi sığorta çərçivəsində əhatə olunsun”.
O əlavə edib ki, xidmətin çeşidliyini artırmaq üçün atılan bu addımlar özəl sektorun investisiyalarını cəlb etməyə və onkoloji xidmət göstərən xəstəxanaların sayını artırmağa imkan verəcək:
“Vətəndaşlar dövlət xəstəxanalarında pulsuz müalicə ala biləcəkləri halda, özəl sektora müraciət etmək istəsələr, bu da təmin ediləcək. Məqsəd xidmətin əlçatanlığını artırmaqdır. Azərbaycan dövlətinin strateji məqsədi isə sosial dövlət prinsiplərinə uyğun olaraq bütün xəstəliklərin, xüsusilə onkoloji xəstəliklərin, icbari tibbi sığorta çərçivəsində əhatə olunmasıdır. Gələcəkdə onkoloji xəstəliklərin də tam şəkildə bu çərçivədə əhatə olunması strateji hədəfdir”.
Qeyd edək ki, artıq onkoloji diaqnozla mübarizəaparanlar yalnız dövlət xəstəxanalarındakı növbələrə və imkanlara bağlı qalmayacaq. Gələcəkdə icbari tibbi sığorta bu sahəni tam əhatə etdikdə, vətəndaş yüksək ödənişlər etmədən ən müasir özəl klinikalarda da peşəkar həkim xidmətindən yararlana biləcək. Bu, həm vaxt itkisinin qarşısını alacaq, həm də müalicənin effektivliyini artıracaq.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Yanvar 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri