Azərbaycanda yeni bankın yaradılması təklif olunur

23.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Burada stimullaşdırıcı amillər xeyli dərəcədə yaxşı işlənib, amma faktiki surətdə tədqiqatlar göstərirdi ki, kənd təsərrüfatına ildə 500 milyon manat vəsait qoymaqla orta perspektivdə əsas məhsullar üzrə 5-7% və ondan da artıq artıma nail olmaq olar. Artıq büdcə vasitəsilə Azərbaycanın kənd təsərrüfatına 1 milyard manatdan çox vəsait yönəldilir. Amma hələlik bizdə iqtisadi artım potensialımızdan xeyli dərəcədə aşağıdır".

Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O hesab edir ki, alternativ mənbələrdən istifadə olunmalıdır:

"Həmin alternativ mənbələrdən biri Aqrar Sənaye Bankının yaradılması ola bilər. Orda aşağı faizlərlə, əlverişli şərtlərlə kənd təsərrüfatını kreditləşdirməsi mümkündür. Bəs bunu hansı vəsaitin hesabına etmək olar? Hesab edirəm ki, Azərbaycanda Dövlət Neft Fondunun kifayət qədər böyük imkanları var. Məsələn, Fonddan 500 milyon manatı həmin bankın ərsəyə gəlməsi, ilkin kapitalı kimi götürüb, onu yaxşı nəzarət mexanizmində tətbiq etməklə, əlverişli şərtlərlə kənd təsərrüfatına yönəltməklə, həm də bir sıra problemləri qısa müddət ərzində aradan qaldırmaqla həmin proqramın nəzərdə tutduğu 4 il ərzində Azərbaycanda xeyli dərəcədə böyük məhsul bolluğu yaratmaq olar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью