Azərbaycanda yeni bankın yaradılması təklif olunur
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
"Burada stimullaşdırıcı amillər xeyli dərəcədə yaxşı işlənib, amma faktiki surətdə tədqiqatlar göstərirdi ki, kənd təsərrüfatına ildə 500 milyon manat vəsait qoymaqla orta perspektivdə əsas məhsullar üzrə 5-7% və ondan da artıq artıma nail olmaq olar. Artıq büdcə vasitəsilə Azərbaycanın kənd təsərrüfatına 1 milyard manatdan çox vəsait yönəldilir. Amma hələlik bizdə iqtisadi artım potensialımızdan xeyli dərəcədə aşağıdır".
Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O hesab edir ki, alternativ mənbələrdən istifadə olunmalıdır:
"Həmin alternativ mənbələrdən biri Aqrar Sənaye Bankının yaradılması ola bilər. Orda aşağı faizlərlə, əlverişli şərtlərlə kənd təsərrüfatını kreditləşdirməsi mümkündür. Bəs bunu hansı vəsaitin hesabına etmək olar? Hesab edirəm ki, Azərbaycanda Dövlət Neft Fondunun kifayət qədər böyük imkanları var. Məsələn, Fonddan 500 milyon manatı həmin bankın ərsəyə gəlməsi, ilkin kapitalı kimi götürüb, onu yaxşı nəzarət mexanizmində tətbiq etməklə, əlverişli şərtlərlə kənd təsərrüfatına yönəltməklə, həm də bir sıra problemləri qısa müddət ərzində aradan qaldırmaqla həmin proqramın nəzərdə tutduğu 4 il ərzində Azərbaycanda xeyli dərəcədə böyük məhsul bolluğu yaratmaq olar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Oktyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















