Icma.az bildirir, Yenisabah portalına istinadən. “Son dövrlərdə yeniyetmələr arasında baş verən zorakılıq, qəsdən xəsarət yetirmə və ölüm ha
Elə zərərli vərdişlərə aludə olan ata və analar var ki, ailədə zorakılıq edir, hətta uşağa xəsarət belə yetirirlər.
Bu mühitdə travma alan uşaq, yeniyetmə və gənclər ətrafındakı insanlara qarşı aqressiv olurlar”.
Psixoloq Vüsalə Rüstəm bu sözləri Yenisabah.az-a yeniyetmələr arasında baş verən xoşagəlməz halların nəticələri haqda danışarkən deyib.
O bildirib ki, yaş dövrü ilə əlaqədar orqanizmdə hormonal aktivlik yüksəlir: “Bu zaman uşaqlar daha əsəbi və səbirsiz olurlar.
Bunun üzərinə uğursuz ailə mühitindəki zorakılıq, valideynlərin bir-birinə şiddət göstərməsi uşaq və yeniyetmənin beynində silinməz travmatik iz buraxır.
Valideynlər uşaqları ilə maraqlanmırlar. Uşaqlar müəyyən müddət ərzində təhsil müəssisəsində olurlar.
Bu zaman ərzində onlarda baş verən psixoloji dəyişikliyi fənn müəllimi, sinif rəhbəri və məktəb psixoloqu müşahidə etdikdə həm şagirdin özü, həm də valideyni ilə söhbət aparmalıdır.