Azərbaycanda zəhərli paltarlar satışa buraxılıb?! QORXUNC AÇIQLAMA Yeni Sabah | Icma.az
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır. “ “Azad İstehlakçılar” İctimayi Birliyini(AİİB) biznes qrumları arasında olan heç
Və bu kimi məsələlər istehlakçı hüquqlarına aid deyildir. Lakin aşağıda bəhs olunan məsələdə, son nəticədə istehlakçılar sağlamlıq baxımında
Bu məsələyə biganə qalmaq olmur. Ona görə də istehlakçılara, dövlət orqanlarına öncə məlumat vermək qərarına gəldik”.
Bu barədə “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
O, sözlərinə belə davam edib: "“Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlu arasında mövcud olan qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq mərhələyə qədəm qoyub.
Bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli maddələrlə zəhərlənmiş paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər.
“Azur”un rəhbəri olan Fuad Rzayev ( “Azərenerji”nin rəhbəri Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb.
O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər.
Tam oxu
Xəbəri oxu