Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Azərbaycanda zəhərli paltarlar satışa buraxılıb?! QORXUNC AÇIQLAMA Yeni Sabah

Azərbaycanda zəhərli paltarlar satışa buraxılıb?! QORXUNC AÇIQLAMA Yeni Sabah

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“ “Azad İstehlakçılar” İctimayi  Birliyini(AİİB)  biznes qrumları arasında olan heç bir mübahisə əsla maraqlandırmır. Və bu kimi məsələlər istehlakçı hüquqlarına aid deyildir. Lakin aşağıda  bəhs olunan məsələdə, son nəticədə istehlakçılar sağlamlıq baxımından ciddi zərər çəkə bilərlər. Bu məsələyə biganə qalmaq olmur. Ona görə də istehlakçılara,  dövlət orqanlarına öncə məlumat vermək  qərarına gəldik”.

Bu barədə “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, sözlərinə belə davam edib:

"“Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC-nin direktoru Qəribov Anar Əli oğlu  və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlu arasında  mövcud olan   qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq mərhələyə qədəm qoyub. Bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün   sahibkarlar  insan orqanizmi üçün son dərəcə zərərli maddələrlə zəhərlənmiş  paltarı  anbardan çıxarıb satmaq qərarına gəliblər.

 “Azur”un rəhbəri olan Fuad Rzayev ( “Azərenerji”nin rəhbəri Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb. O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini  pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz  şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər. “Azad İstehlakçılar” İB-yi tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb. Qeyd edək ki, 08.04.2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov (0502000902) da satış üçün nəzərdə tutulan geyim əşyalarının yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair 9-8081 nömrəli 07 fevral 2022-ci il tarixli  rəsmi ekspert rəyini təqdim etməklə  bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən 2004-cü ildə  beynəlxalq razılaşma əsasında  dünyanın  7 ölkəsi istisna olunmaqla(Mozanbik Zimbve,daha 5 ölkə) istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib. Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 01.06.2023-cü il tarixdə 0613 saylı  sınaq protokolu ilə  təsdiq edib (Sənəd mövcuddur)".

(Zəruri qeyd: “təmizlənməsi” zamani istifadə edilən DDT və onun metobolitləri insan orqanizminə son dərəcə təhlükəli, kansoregen, hormonal, dermatoloji, allergik, nevroloji, həzm sistemi pozğunluğu kimi problemlər yarada bilir)

Ekspert bildirib ki, həmin faktdan sonra növbəti mərhələyə əl atılıb:

"Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev (070 3431819) növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi  ekspert rəyini təkzib edərək, həmin malların 85%-nin satışa yararlı olmasına dair 08.08.2023-cü il tarixli  9/2015 saylı ekspert  rəyi verib(Sənəd mövcuddur). Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir-birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual doğurur.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə 14.09.2023-cü il tarixində 2-2(103)-141/2023  saylı qətnamə çıxarıb. Sonradan 01.03.2024-cü il tarixində 2-2(102)-44/2024 saylı qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY” MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən  və  məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial (692 sayda fotoşəkil və 2 ədəd elektron daşıyıcı flaşkart) məhkəmə işinin materialları arasından yoxa çıxıb. AİİB-ə təqdim olunan məlumata görə,  bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə “təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir. Bu faktların yox olması kimin marağındadır?!

Verilən məlumatda  qeyd olunur ki, bu  işdə  yeni fiqurant ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar   paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o  sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Ortaya suallar çıxır: Laboratoriya tərəfindən təhlükəli maddələrlə” təmizlənməyə” məruz qaldığı təsdiq edilən paltarlar hara aparılmalıdır? Onların daşınmasında iştirak edəcək şəxslərin sağlamlığına zərər dəyməyəcəyinə kim zəmanət verəcək? Paltarların satışa çıxarılacağı təqdirdə onları alaraq geyinən insanların, o cümlədən azyaşlı uşaqların kütləvi şəkildə müxtəlif onkoloji və sair xəstəliklərə tutulmasına biganə qalan insanların məqsədi necə olursa-olsun pul qazanmaqdırmı?!

Yəqin ki,  dəymiş zərəri kompensasiya etmək üçün təhlükəli malların sahibi bu geyimləri bazara çıxarıb istehlakçılara satacaqlar. Nə üçün Azərbaycan istehlakçıları müxtəlif, təzadlı ekspert rəyləri verilmiş malları xəbərsizlikdən almalıdırlar!? Təəssüf ki, istehlakçılara səhih məlumat vermək üçün ,satışa çıxarılması istisna olunmayan bu təhlükəli paltarların harada satılacağı və tanıdılması üçün əlimizdə heç bir material yoxdur!

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediyaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, Səhiyyə Nazirliyinə  rəsmi müraciətlər göndərmişdir".

Yenisabah.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see461

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see334

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see322

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see307

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see306

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see302

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see277

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see263

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see261

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see240

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see233

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see224

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see223

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see221

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see212

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see209

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see206

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see205

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see201

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri