Azərbaycandan Ermənistana göndərilən yük qatarı Ağstafaya çatdı

19.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycandan Ermənistana gedən neft məhsullarının ilk partiyası Ağstafaya daxil olub.

"Unikal"ın məlumatına görə,  Bakı Yük Stansiyasından yol düşən  qatar  gecə saatlarında Böyük Kəsik stansiyasına çatıb. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı stansiyada yoxlanıldıqdan sonra Gürcüstana, oradan isə Ermənistana gedəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir. 18 dekabr tarixində Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью