Azərbaycandan Ermənistana göndərilən yük qatarı Ağstafaya çatdı
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycandan Ermənistana gedən neft məhsullarının ilk partiyası Ağstafaya daxil olub.
"Unikal"ın məlumatına görə, Bakı Yük Stansiyasından yol düşən qatar gecə saatlarında Böyük Kəsik stansiyasına çatıb. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı stansiyada yoxlanıldıqdan sonra Gürcüstana, oradan isə Ermənistana gedəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir. 18 dekabr tarixində Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Tural Əhmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Dekabr 2025 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















