Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. “Bizi Cənubi Qafqazın başqa dövlətləri ilə müqayisə edirlər.
Azərbaycan indi Cənubi Qafqazın ölkələri ilə müqayisə olunan səviyyədə deyil.
Azərbaycan Şərqi Avropanın ölkələri ilə müqayisə olunacaq durumdadır”.
Bizim.Media xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hər il işğaldan azad olunmuş ərazilərin bərpası üçün xeyli miqdarda pul xərclənir: “30 ildən artıq Azərbaycan əraziləri işğal altında qalıb.
44 günlük Vətən müharibəsi ərzində Azərbaycan kifayət qədər vəsait xərcləyib.
Azərbaycan məcburdur ki, Ermənistanın basdırdığı minaları təmizləyib, torpaqları yararlı hala gətirsin.
Hər il işğaldan zad olunmuş ərazilər üçün büdcədən 4 milyard manat pul ayırırıq.