“Azərbaycanı digər Cənubi Qafqaz ölkələri ilə müqayisə etmək doğru deyil” Siyavuş Novruzov
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bizi Cənubi Qafqazın başqa dövlətləri ilə müqayisə edirlər. Azərbaycan indi Cənubi Qafqazın ölkələri ilə müqayisə olunan səviyyədə deyil. Azərbaycan Şərqi Avropanın ölkələri ilə müqayisə olunacaq durumdadır”.
Bizim.Media xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hər il işğaldan azad olunmuş ərazilərin bərpası üçün xeyli miqdarda pul xərclənir:
“30 ildən artıq Azərbaycan əraziləri işğal altında qalıb. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan kifayət qədər vəsait xərcləyib. Azərbaycan məcburdur ki, Ermənistanın basdırdığı minaları təmizləyib, torpaqları yararlı hala gətirsin. Hər il işğaldan zad olunmuş ərazilər üçün büdcədən 4 milyard manat pul ayırırıq. Əgər bu olmasaydı, həmin pullar müəllimin, həkimin əmək haqlarına əlavə kimi ayrılardı.
30 ildən artıq biz bir milyondan artıq qaçqın, məcburi köçkün saxlamışıq. Onların xərclərini dövlət qarşılayıb. O baxımdan da Azərbaycanın vəziyyəti ilə başqasını eyniləşdirmək olmaz. Bunlar hamısı Azərbaycanın özündən asılı olmayan səbəblərdən yaranıb”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















