“Azərbaycanı iki tərəfdaş ölkə arasında körpü rolunda önə çıxara bilər” POLİTOLOQ | Icma.a…
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Son zamanlar Cənubi Qafqaz və Şərqi Avropada baş verən siyasi proseslər region dövlətlərini yeni əməkdaşlıq modelləri axtarmağa vadar edir.
Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə açıq dəstəyi və xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri fonunda GUAM təşkilatının yenidən gündəmə gəlməsi təsadüfi deyil.
Bu regional əməkdaşlıq platformasının fəallaşması, təkcə üzv ölkələrin maraqlarına deyil, həm də bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edə bilər.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü daha gur səslə dəstəkləməsi və ukraynalı jurnalistin sualına verdiyi “İşğalla barışmayın” cavabı GUAM təşkilatının yenidən gündəmə gəlməsinə zəmin yaradır.
Onun fikrincə, Xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri və orada gürcü həmkarı Maka Boçorişvili ilə, həmçinin Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlığın müzakirəsi də bu prosesə əlavə təkan verir.
Politoloq hesab edir ki, yaranmış geosiyasi şərait GUAM-ın fəallaşmasını və yeni inteqrasiya imkanlarının dəyərləndirilməsini zəruri edir: “1990-cı illərin sonlarında yaradılan GUAM təşkilatı son dövrlərdə fəallığını xeyli itirib.
Baş katibliyi Kiyevdə yerləşən təşkilat inteqrasiyanı təşviq edəcək tədbirlər keçirməkdə passivlik nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu