Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır. Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədə geniş rezonansa səbəb olan p
Və sevindiricidir ki, bu qaragüruhçuluğun ruporlarına qarşı çıxış edənlərin, dirəniş göstərənlərin, cəsarətlə yazı yazanların, mövqe sərgilə
Demək ki, bu milləti ortaçağın qaranlığına başqa ölkələrin din ideologiyasının təsiri altında gömmək elə də asan deyil.
Öz dinini hansısa xəstə zehniyyətin tənzimlədiyi bir ideologiyaya çevirmədən öz Allahına, onun kitabına və onun elçisinə sevgi ilə yaşayanlarla dini cəhalət mazoxizmi kimi yaşamağı təklif edənlər arasında düşüncə fərqliliyini görmək üçün sosial şəbəklərin böyük əhəmiyyəti vardır.Sadəcə bir videoya baxmaq kifayətdir ki, kuf-kuf hocanın sürüyə düzdüyü kütlənin İsfahandan gələn qızılbaş mollası Şeyx Nəsrullahın sıraya düzdüyü və bu gün də sayı elə əvvəlki qədər olaraq yaşayan Azərbaycan ölülərindən zərrə qədər fərqlənmədiyini görəsiniz.
Bu xalqın aydınlıq yolu Cümhuyiyyətimizdən başlayır, milli dövlət yaratmaqdan başlayır, 1991-ci ildə bərpa etdiyimiz müstəqil Azərbaycan dövləti ilə davam edir, 2023-cü ildə azad etdiyimiz Qarabağ torpağı ilə öz zirvəsinə qalxır və Azərbaycan bütövləşir.
Azərbaycanın aydınlıq yolu nə ərəb çöllərindən, nə də İran döllərindən başlamaz, Azərbaycanın bütövləşdiyi tarix də 2023-cü ildən başlar.
Dəyərli yazarımız İsmayıl Şıxlı sizə bu seçimi aydın şəkildə göstərmişdi.
Kafir deyə damğalanan Rus Əhmədin təklif etdiyi maarifçilik yolu ilə babalarımızın-nənələrimizin böyük əksəriyyətinin məskunlaşdığı Molla Sadığın cəhalət, geriçilik, nadanlıq iqamətgahından davam edən yol heç vaxt uzlaşa bilməz.Ona görə də unutmayın, cahilin diplomlusu ilə diplomsuzunun fərqi olmaz, Novruzəlinin akademik, Məhəmmədhəsən əminin xalq artıstı, Molla İbrahimxəlil Kimyagərin deputat, Usta Zeynalın da xalq yazıçısı olması da altımızdakı dini,milli, mənəvi dəyər adı ilə bizə soxuşdurulmuş üfunəti gizlədə bilməz.