Icma.az
close
up
RU
“Azərbaycanın aydınlıq yolu nə ərəb çöllərindən, nə də İran döllərindən keçir” Deputatın YAZISI

“Azərbaycanın aydınlıq yolu nə ərəb çöllərindən, nə də İran döllərindən keçir” Deputatın YAZISI

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkədə geniş rezonansa səbəb olan paylaşım edib.

Millət vəkilinin sözügedən yazısını olduğu kimi təqdim edirik:

"Milli dövlətin mahiyyətini anlamayan, dünyəvi dövlətin dəyərlərini qanmayan biriləri ziyalı, tarixçi, yazar, müğənni, aktyor, meyxanaçı, mərsiyəçi, teleaparıcı, bloger, statusçu qiyafəsində ölkədə əsrlər öncədən milli mənəvi dəyərlər adı ilə qanımıza, genimizə yerləşdirilmiş nadanlığı, xurafatı, cəhaləti tarixi qəhrəman adı ilə, din adı ilə fərqli üsullarla təbliğ etməyə çalışırlar. Və sevindiricidir ki, bu qaragüruhçuluğun ruporlarına qarşı çıxış edənlərin, dirəniş göstərənlərin, cəsarətlə yazı yazanların, mövqe sərgiləyənlərin sayı da artmaqdadır. Demək ki, bu milləti ortaçağın qaranlığına başqa ölkələrin din ideologiyasının təsiri altında gömmək elə də asan deyil. Öz dinini hansısa xəstə zehniyyətin tənzimlədiyi bir ideologiyaya çevirmədən öz Allahına, onun kitabına və onun elçisinə sevgi ilə yaşayanlarla dini cəhalət mazoxizmi kimi yaşamağı təklif edənlər arasında düşüncə fərqliliyini görmək üçün sosial şəbəklərin böyük əhəmiyyəti vardır.

Sadəcə bir videoya baxmaq kifayətdir ki, kuf-kuf hocanın sürüyə düzdüyü kütlənin İsfahandan gələn qızılbaş mollası Şeyx Nəsrullahın sıraya düzdüyü və bu gün də sayı elə əvvəlki qədər olaraq yaşayan Azərbaycan ölülərindən zərrə qədər fərqlənmədiyini görəsiniz. Bu xalqın aydınlıq yolu Cümhuyiyyətimizdən başlayır, milli dövlət yaratmaqdan başlayır, 1991-ci ildə bərpa etdiyimiz müstəqil Azərbaycan dövləti ilə davam edir, 2023-cü ildə azad etdiyimiz Qarabağ torpağı ilə öz zirvəsinə qalxır və Azərbaycan bütövləşir. Azərbaycanın aydınlıq yolu nə ərəb çöllərindən, nə də İran döllərindən başlamaz, Azərbaycanın bütövləşdiyi tarix də 2023-cü ildən başlar. Dəyərli yazarımız İsmayıl Şıxlı sizə bu seçimi aydın şəkildə göstərmişdi. Kafir deyə damğalanan Rus Əhmədin təklif etdiyi maarifçilik yolu ilə babalarımızın-nənələrimizin böyük əksəriyyətinin məskunlaşdığı Molla Sadığın cəhalət, geriçilik, nadanlıq iqamətgahından davam edən yol heç vaxt uzlaşa bilməz.

Ona görə də unutmayın, cahilin diplomlusu ilə diplomsuzunun fərqi olmaz, Novruzəlinin akademik, Məhəmmədhəsən əminin xalq artıstı, Molla İbrahimxəlil Kimyagərin deputat, Usta Zeynalın da xalq yazıçısı olması da altımızdakı dini,milli, mənəvi dəyər adı ilə bizə soxuşdurulmuş üfunəti gizlədə bilməz. Aydınlıq yolu üçün cəsarətlə çalışmalıyıq, yazmalıyıq, izah etməliyik, aydınlatmalıyıq. XX əsrin əvvəllərində bu xoruz döyüşdürən, it boğuşduran, Şeyx Nəsrullaha idol kimi baxan çoxluğun içindən Günəş kimi doğan 15-20 aydının çiynində qalxdı bu məmləkətin aydınlıq heykəli! Hansı ki, həmin on-on beş aydını Çar hökuməti qorumasaydı əlində xəncər, qəmə, yaba tutan güruhumuz mollaların fətvası ilə babı, kafir adı ilə doğrayacaqdılar, böyründə piştov gəzdirən qoçularımız kimdənsə pul alıb öldürəcəkdilər.

Dünyəvi milli dövlətimizi qorumağı milli borc sayan, onun sağlam dəyərlərinin zədələnməsinə yol vermək istəməyən, qaragürüha qarşı dirəniş göstərən bütün qardaş-bacılarımıza Allah qüvvət versin!".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri