Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Bu gün müstəqil Azərbaycan öz uğurları, nailiyyətləri ilə yeni tarix yazır.
O tarixi ki, 5 min illik dövlətçilik tariximizdə heç zaman bu gün baş verən uğurları yaşamamışıq.
Reallıq ondan ibarətdir ki, zaman-zaman təhdidlərə, təzyiqlərə, bəzən isə işğallara məruz qalsaq da, bir millət olaraq sabaha olan azad, müstəqil dövlət quruculuğundan imtina etməmişik.
Əksinə, daha böyük cəsarət və inadla məqsəd və hədəfə doğru irəliləmişik.
Sərhədlərimizin yaxınlığında yaradılmış Rusiya Azərbaycan torpaqları hesabına ərazisini bir qədər də genişləndirmək siyasəti daim mövcud olub.
Qacarlarla Rusiya arasında gedən müharibə ilə Azərbaycan Şimal və Cənub olmaqla iki yerə parçalandı.
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Rusiya və Qacarlar arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarlara verildi.
Rusiya Azərbaycanın şimalını işğal etməklə ciddi müstəmləkə və amansız işğal rejimi yaradaraq onu özünün əyalətlərindən birinə çevirməyə çalışırdı.