Icma.az
close
up
RU
Azərbaycanın bu günü kimi sabahı da parlaq olacaq TƏHLİL

Azərbaycanın bu günü kimi sabahı da parlaq olacaq TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu gün müstəqil Azərbaycan öz uğurları, nailiyyətləri ilə yeni tarix yazır. O tarixi ki, 5 min illik dövlətçilik tariximizdə heç zaman bu gün baş verən uğurları yaşamamışıq. Reallıq ondan ibarətdir ki, zaman-zaman təhdidlərə, təzyiqlərə, bəzən isə işğallara məruz qalsaq da, bir millət olaraq sabaha olan azad, müstəqil dövlət quruculuğundan imtina etməmişik. Əksinə, daha böyük cəsarət və inadla məqsəd və hədəfə doğru irəliləmişik.

Sərhədlərimizin yaxınlığında yaradılmış Rusiya Azərbaycan torpaqları hesabına ərazisini bir qədər də genişləndirmək siyasəti daim mövcud olub. Qacarlarla Rusiya arasında gedən müharibə ilə Azərbaycan Şimal və Cənub olmaqla iki yerə parçalandı. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Rusiya və Qacarlar arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarlara verildi. Rusiya Azərbaycanın şimalını işğal etməklə ciddi müstəmləkə və amansız işğal rejimi yaradaraq onu özünün əyalətlərindən birinə çevirməyə çalışırdı. Xanlıqla tədricən ləğv edilir və Rusiyanın üsil-idarəsi yaradılırdı. Gəncə, Qarabağ, Şəki, Bakı, Quba və Şamaxı xanlıqlarının ləğv edilməsinin ardınca Şəki və Lənkəran xanlıqlarında da xan üsuli-idarəsi ləğv edildi. Azərbaycanda mərkəzi şəhəri Şuşa olan "Müsəlman əyalətləri rəisliyi" yaradıldı. Keçmiş xanlıqlar və sultanlıqlar əyalətlərə və dairələrə çevrilmiş, 6 əyalət - Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış, 2 dairə - Yelizavetpol və Car-Balakən, 2 distansiya - Qazax və Şəmşəddil təşkil edilmişdi. Əyalət və dairələrin də başında çar zabiti dururdu. Bu, komendant idarə-üsulu adlanırdı. Qafqazın baş komendantı tərəfindən təyin olunan həmin komendantların bəylərə torpaq bağışlamaq, yaxud geri almaq, həmçinin, digər siyasi-inzibati hüquqları var idi. Ümumiyyətlə, yerlərdəki komendantlar mütləq hakim hesab olunurdular. Onların təkcə ölüm hökmü vermək hüquqları yox idi. Əyalətlər xanlıqlar dövründə olduğu kimi, mahallara bölünürdü. Mahalların başında komendantların yerli bəylərdən təyin etdiyi mahal naibləri dururdular. Mahal naibləri vergiləri kəndlər arasında bölüşdürür, camaatı vergiləri vaxtında ödəməyə məcbur edir, kəndlilər arasında baş verən mübahisə və dava-dalaş doğuran məsələləri həll edirdilər. Kəndləri isə kətxudalar idarə edirdilər. Onların hər birinin yanında bir neçə onbaşı və yasovul olurdu. Mahal naibləri və kətxudalar dövlət xəzinəsindən maaş almırdılar. Onlar vergilərin bir qismini özlərinə götürür, yaxud da komendant onlara boş torpaq və həmin torpaqları becərmək üçün rəncbərlər bağışlayırdı. Komendant üsuli-idarəsi camaatı ağır istismara, zülmə və özbaşınalığa məruz qoyurdu. Həm komendantlar, həm də onların təyin etdikləri mahal naibləri vergi toplayarkən zorakılığa yol verir, camaatı soyurdular. Zaqafqaziyada yeganə azərbaycanlılar idi ki, zülmə və soyğunçuluğa qarşı etirazlarını bildiri, bəzən isə silahlı müqavimət göstərirdilər. Çar Rusiyası hər cür silahlara malik oduqlarından zülmə qarşı mübarizə qalxan Azərbayvcan əhalisini qəddarlıqla zəiflədirdi. Lakin tam şəkil də istəklərinə nail ola bilmirdilər.

Ermənilərin satqınlığı Rusiyanı qane edirdi

Zaqafqaziyanın işğalı əhalinin nəinki təriqətçi etiqadını, hətta etnik tərkibini də dəyişdi. Rusiyanın dəstəyi ilə bölgə də ermənilərin sayı artırıldı. Xaricdən kütləvi şəkildə Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi siyasəti həyata keçirldi. Böyük Britaniyadan olan tədqiqatçı Corc Bornutian tərəfindən aparılmış tədqiqat təsdiq edir ki, Rusiya işğalından qabaq ermənilər Şərqi Ermənistanın bütün əhalisinin, təxminən, 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya tərəfindən bölgə işğal etdikdən sonra indiki fars-molla rejiminin nəzarət etdikləri ərazilərdən və Osmanlı imperiyasından 57000 ermənini ərazilərdə yerləşdirdilər. 35000 azərbaycanlı isə Şərqi Ermənistanı tərk etdi. Ermənilər əsasən, xəzinəyə tabe olan torpaqlarda məskunlaşırdılar, lakin bəzi hallarda azərbaycanlıların torpaqlarını əllərindən almaqla onları öz yerlərindən didərgin salırdılar ki, bu da özündə etnik gərginlik potensialı daşıyırdı.

Corc Bornutian yazırdı ki, ermənilər Avropa köçkünləri deyildilər, onlar sadəcə olaraq, Yaxın Şərq mühitindən olan gəlmələr idilər. Erməni əhalisinin cəmləşdiyi ərazilər əsrlərlə azərbaycanlıların yaşadıqları Qarabağ idi. 1830-cu illərdəki Rusiya məlumatlarına görə, burada 35000 azərbaycanlıya 8000 erməni yaşayırmışdır. 1845-ci ildə Qarabağdakı vəziyyət haqqında məlumat verərkən, bir ordu zabiti rus məmurlarının ermənilər haqqındakı rəyini belə yekunlaşdırırdı: "Ermənilər Rusiya hökumətinə sadiqdirlər və sözsüz, bizə heç vaxt xəyanət etməzlər. Onlar dinc həyat sürürlər, ara-sıra təsadüf olunan mənfi halları nəzərə almasaq, quldurluqla işləri yoxdur: bütün ermənilərə xas olan naqis cəhətlərə, aldatmağa, tamaha və hər cür şübhəli işlərə qurşanmağa güclü meyil Qarabağ erməniləri üçün də səciyyəvidir".

Azərbaycanda demokratik respublika quruluşunun yaradılması

Hər cür zorakılıqlara, qəddarlıqlara baxmayaraq Azərbaycan xalqı müstəqil olmaq, dövlətçiliyini qurmaq mübarizəsini davam etdirmişdir. Nəhayət, uzun mübarizədən sonra Azərbaycanın demokratik qüvvələri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Bununla da bütün Şərq və türk-İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Müsəlman Şərqində ilk demokratik respublikanı-Azərbaycan Xalq Cümhuriyyətin yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan Xalq Cümhuriyyəti özündə demokratik dəyərləri, eləcə də Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən bir dövlət və cəmiyyət nümunəsi idi.

Cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə həyata keçirilən tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli-göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. Cümhuriyyət yaranan zaman təhsilli milli kadrlara böyük ehtiyacı var idi və bu ali təhsil müəssisəsinin açılmasını vacib hesab edirdi. Təbii ki, dövlət quruculuğu işlərində milli kadrların olması mühüm amillərdən biridir. 1919-cu ildə Bakı Universiteti yaradıldı və hazırda Bakı Dövlət Universiteti ən böyük ali təhsil ocaqlarımızdan biridir. AXC-nin parlamentinin ikinci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əməkhaqqının müəssisə sahibinin hesabına ödənilməsi. Eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümuhiriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır. 1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradıldı. Onun özü isə Lahıcda gizləndi. Rəsulzadə qırmızı istiladan sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dovründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğuna inandığını bildirirdi.M.Ə.Rəsulzadə bolşeviklər tərəfindən həbs olundsada, sonrdan Stalinin göstərişi ilə azad edilmişdir. M.Ə.Rəsulzadə AXC qurucularından biri olmaqla yanaşı həm də yaıçı-publisist idi. Onun mühahcirət dpvründə "Yeni Qafqasya" (1923), "Azəri Türk" (1928), "Odlu yurd" (1929), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" (1952) jurnallarını, "İstiqlal" (1932) qəzetini nəşr etdirmişdir. Rəsulzadə Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. 1955-ci il, mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbiristanında dəfn olunmuşdur.

Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra cümhuriyyət qurucularının fəaliyyətini yüksək qiymətləndirən qərarlar, Sərancamlar verilmişdir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Həmin Sərəncamdan irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə AXC-nin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər.

1998-ci il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin çıxış edərkən bildirmişdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci - 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci - 1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; üçüncü - 1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövr. Dördüncü dövr 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir. Bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır.Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranmışdır. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur.Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir. Amma eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almalıyıq və onların - Azərbaycanın görkəmli mədəniyyət, incəsənət, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik.Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər”.

Tarix yaradan və yaşadan lider

Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulamış və müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasını böyük tarixi nailiyyət adlandırmışdır. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş və onun 23 aylıq fəaliyyəti dövründə gördüyü işlərin, qəbul etdiyi qanunların AXC-nin çoxsaylı uğurlarından olduğunu söyləmişdir: “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək”.

Birmənalı şəkildə demək olar ki, bugünkü güclü və qüdrətli Azərbaycan dövləti AXC-nin varisidr. Ulularımızdan bizə miras qalan dövlətçiliyi şərəflə və ləyaqətlə yaşadır və inkişaf etdiririk. Bu uğurları və nailiyyətləri bizə bəxş edən isə xalqımızın Dahi Lideri Heydər Əliyevdir. Dahi Öndərimizin ən layiqli siyasi varisi, Qarabağ Fatehi, Prezidentimiz İlham Əliyev əsası qoyulan siyasəti möhtəşəm şəkildə davam etdirir. Fateh Sərkərdənin diplomatik bacarığı, sərkərdəlik məharəti, uzaq görən siyasəti ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımız azadlığına qovuşdu. Bu gün işğaldan azad edilən ərazilərimizdə yeni həyat qurulur. Aparılan geniş miqyaslı təmir, tikinti, bərpa işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Prezidentimiz İlham Əliyevin dediyi “biz Qarabağı cənnətə çevirəcəyik” tarixi fikri artıq reallaşmaqdadır. Qarabağ günü-gündən çiçəklənir, inkişaf edir və və cənnətə çevrilir.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri