Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda ali təhsil müəssisələrinin əksəriyyəti Bakı şəhərində cəmlənib.
Bununla belə, regionlarımızda da universitetlər və onların filialları fəaliyyət göstərir.
Lakin bir sıra bölgələrimiz var ki, onlarda ali təhsil infrastrukturu hələ də formalaşmayıb və ya mövcud filiallar müstəqil universitet statusuna malik deyil.
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Vüqar İskəndərov saytımıza müsahibəsində Şəkidə universitetin yaradılmasını istisna etməyib.
Qeyd edək ki, hazırda Bakıdan kənarda Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Aqrar Universitet, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və bir sıra universitetlərin filialları fəaliyyət göstərir.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, bu məsələ, təkcə təhsil siyasətinin deyil, eləcə də regional inkişaf, məskunlaşma və insan kapitalının bərabər paylanması siyasətinin mühüm tərkib hissəsidir.
“Hazırda Şəki şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı regionun əsas təhsil ocaqlarından biridir.