Icma.az
close
up
RU
Azərbaycanın bu regionlarında universitetlər yaradıla bilər

Azərbaycanın bu regionlarında universitetlər yaradıla bilər

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsil müəssisələrinin əksəriyyəti Bakı şəhərində cəmlənib. Bununla belə, regionlarımızda da universitetlər və onların filialları fəaliyyət göstərir. Lakin bir sıra bölgələrimiz var ki, onlarda ali təhsil infrastrukturu hələ də formalaşmayıb və ya mövcud filiallar müstəqil universitet statusuna malik deyil.

Bir neçə gün əvvəl Milli Məclisin deputatı Vüqar İskəndərov saytımıza müsahibəsində Şəkidə universitetin yaradılmasını istisna etməyib. 

Qeyd edək ki, hazırda Bakıdan kənarda Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Aqrar Universitet, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və bir sıra universitetlərin filialları fəaliyyət göstərir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, bu məsələ, təkcə təhsil siyasətinin deyil, eləcə də regional inkişaf, məskunlaşma və insan kapitalının bərabər paylanması siyasətinin mühüm tərkib hissəsidir.

“Hazırda Şəki şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı regionun əsas təhsil ocaqlarından biridir. Lakin burada filialın müstəqil universitetə çevrilməsi barədə müzakirələr artıq uzun müddətdir ki, gündəmdədir. Şəki, Zaqatala, Qax, Oğuz kimi şəhərləri əhatə edən şimal-qərb bölgəsi turizm, kənd təsərrüfatı, emal və dağ-məhsuldarlığı sahələrinə görə böyük potensiala malikdir. Bu baxımdan, Şəkidə müstəqil regional universitetin yaradılması, həm yerli gənclərin təhsil imkanlarını genişləndirə, eləcə də regionun iqtisadi və elmi inkişafına yeni dinamika qazandıra bilər”.

Deputat vurğulayıb ki, digər tərəfdən, Mərkəzi-Aran bölgəsində Mingəçevir Dövlət Universiteti fəaliyyət göstərsə də, bölgənin geniş ərazini əhatə etdiyini nəzərə aldıqda, burada əlavə filialların və ixtisaslaşmış institutların yaradılmasına ehtiyac hiss olunur:

“Ucar, Göyçay, Kürdəmir kimi şəhərlərdə mühəndislik, su resursları, kənd təsərrüfatı və enerji sahələrinə yönəlmiş kampus və mərkəzlərin açılması, regionun iqtisadi tələblərinə daha adekvat cavab verərdi. Son illərdə Mingəçevir Dövlət Universitetinin Mərkəzi-Aran Elmi Tədqiqat Mərkəzinin yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Əlavə olaraq, Dağlıq Şirvan iqtisadi rayonu da bu kontekstdə diqqət mərkəzində olmalıdır. Ağsu, Şamaxı, Qobustan, İsmayıllı kimi rayonları birləşdirən bu bölgə həm tarixi, həm coğrafi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Buna baxmayaraq, burada hələ də müstəqil ali təhsil müəssisəsi mövcud deyil”.

O, həmçinin qeyd edib ki, Dağlıq Şirvanın iqtisadi strukturu və təbii resursları burada universitet yaradılması üçün çoxsaylı üstünlüklər yaradır:

“Şamaxı şəhəri qədim elmi və mədəni ənənələri ilə tanınır. Buradakı Astrofizika Rəsədxanası, tarixi abidələr və zəngin intellektual mühit elmi tədqiqatlar üçün ideal zəmin yaradır. Ağsu rayonu isə coğrafi baxımdan bölgənin mərkəzində yerləşir, nəqliyyat baxımından əlverişli mövqedədir və təhsil-logistika baxımından əsas baza rolunu oynaya bilər. İsmayıllı rayonunun ekoturizm və təbii resurs potensialı isə universitetin profilinə müxtəliflik qatacaq.

Bu baxımdan, əlverişli mövqeyinə görə Ağsuda Dağlıq Şirvan Regional Universiteti layihəsi reallaşdırıla bilər. Universitetin ixtisaslaşma istiqamətləri kimi ekoturizm, kənd təsərrüfatı texnologiyaları, ekologiya, iqlim dəyişikliyi, seysmologiya və regionşünaslıq sahələri prioritet ola bilər. Bu istiqamətlər regionun real potensialına və Azərbaycanın “Yaşıl inkişaf” strategiyasına tam uyğundur”.

Deputat onu da nəzərə çatdırıb ki, mərhələli yanaşma baxımından, ilkin mərhələdə Bakı Dövlət Universitetinin filialının Ağsu şəhərində yaradılması, daha sonra müstəqil universitet statusuna keçməsi ən real model hesab edilə bilər:

“Düşünürəm ki, bu, həm təcrübə, həm infrastruktur, həm də elmi potensial baxımından optimal variantdır.

Habelə, cənub bölgəsində yerləşən Lənkəran Dövlət Universiteti öz fəaliyyətini genişləndirsə də, regionun ekoloji, aqrar və turizm potensialını tam əhatə edə bilmir. Burada regionun iqtisadi potensialına və inkişaf perspektivlərinə uyğun gələn universitet modelinin formalaşdırılması, həm elmi-tədqiqat, eləcə də praktik biliklərin tətbiqinə xidmət edə bilər. Bu cür ixtisaslaşma regionun iqtisadi dayanıqlığını artırmaqla yanaşı, yerli əhalinin məşğulluğuna da mühüm fayda verə bilər”.

Müsahibimizin sözlərinə görə, xüsusi diqqət tələb edən digər istiqamət isə bərpa və reinteqrasiya olunan Qarabağ əraziləridir:

“Xankəndidə Qarabağ Universiteti artıq uğurla fəaliyyət göstərir. Bununla yanaşı, Bakıdakı Universitetlərdən bir neçəsinin gələcəkdə Ağdam, Füzuli, Laçın və Kəlbəcər rayonlarına köçürülməsi, həm paytaxtın yükünü azaldar, həm də sözügedən rayonlarda iqtisadi və mədəni fəallığın artmasına töhfə vermiş olardı”.

E.Mirzəbəyli onu da əlavə edib ki, yeni universitetlərin yaradılması, yaxud paytaxtdakı universitetlərin regionlara köçürülməsi, yalnız təhsil sektoru üçün deyil, həm də regionların sosial-iqtisadi, mədəni inkişafı üçün mühüm əhəmiyyətə malikdir:

“Bu, gənclərin kütləvi şəkildə paytaxt və digər şəhərlərə axınının qarşısını ala, insan kapitalının bölgələrdə qalmasını təmin edə bilər. İkincisi, regionların ixtisaslaşmış iqtisadi potensialını reallaşdırmaq üçün kadr hazırlığı yerində aparılar.

Bütövlükdə, ali təhsil müəssisələrinin bölgələr üzrə bərabər paylanması Azərbaycanın gələcək inkişaf modelinin ayrılmaz hissəsidir. Bölgələrdə fəaliyyət göstərəcək hər bir universitet isə, əslində, regionun gələcəyinə qoyulan sərmayədir”,- deyə deputat bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri