Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. IV MƏQALƏ Qoşulmama Hərəkatı III məqalədə qeyd etdiyimiz kimi, Azərbaycanın İƏT təcr
Bu məqam COP kimi tədbirləri təşkil etmək haqqı baxımından Azərbaycanın sivillik, bəşərilik, mədəniyyət və dini aspektlərdə baza dəyərlərinə
Qoşulmama Hərəkatı (QH) və BMT-də toplanan təcrübələrin həmin bağlılıqda özəl əhəmiyyəti vardır.
Ümumiyyətlə, Azərbaycan Respublikası dövlətinin QH-dəki fəaliyyəti müasir diplomatiyada yeni səhifədir.
Müstəqilliyini keçən əsrin 90-cı illərində əldə etmiş başqa bir postsovet dövlətinin analoji təcrübəsi yoxdur.
Bakı QH-də həm kollektiv dövlət identikliyini 120 ölkədən biri kimi nümayiş etdirdi, həm də dünya üçün böyük əhəmiyyəti olan problemlərə ən böhranlı zamanda belə necə yanaşmanın nümunəsini göstərdi.
QH üzvü kimi kollektiv dövlət identikliyini əyani göstərmək çox çətin məsələdir.
Çünki Qoşulmama Hərəkatının tərkibi çox genişdir, eyni zamanda, fərqli maraqları olan xeyli sayda dövlət orada təmsil olunur.