Icma.az
close
up
RU
Azərbaycanın COP zəfəri

Azərbaycanın COP zəfəri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

IV MƏQALƏ

Qoşulmama Hərəkatı

III məqalədə qeyd etdiyimiz kimi, Azərbaycanın İƏT təcrübəsi kollektiv dövlət identikliyi kontekstində “hüquq, din, mədəniyyət və sivillik kimi parametrlərin müasir demokratik, layiq və sülhsevər dövlətçiliyimizdə önəmli yer tutduqlarını nümayiş etdirmək platformasıdır”. Bu məqam COP kimi tədbirləri təşkil etmək haqqı baxımından Azərbaycanın sivillik, bəşərilik, mədəniyyət və dini aspektlərdə baza dəyərlərinə malik olduğunu ifadə edir. Qoşulmama Hərəkatı (QH) və BMT-də toplanan təcrübələrin həmin bağlılıqda özəl əhəmiyyəti vardır.

Ümumiyyətlə, Azərbaycan Respublikası dövlətinin QH-dəki fəaliyyəti müasir diplomatiyada yeni səhifədir. Müstəqilliyini keçən əsrin 90-cı illərində əldə etmiş başqa bir postsovet dövlətinin analoji təcrübəsi yoxdur. Bakı QH-də həm kollektiv dövlət identikliyini 120 ölkədən biri kimi nümayiş etdirdi, həm də dünya üçün böyük əhəmiyyəti olan problemlərə ən böhranlı zamanda belə necə yanaşmanın nümunəsini göstərdi.

QH üzvü kimi kollektiv dövlət identikliyini əyani göstərmək çox çətin məsələdir. Çünki Qoşulmama Hərəkatının tərkibi çox genişdir, eyni zamanda, fərqli maraqları olan xeyli sayda dövlət orada təmsil olunur. Deməli, elə bir diplomatik incəlik gərək idi ki, həssas və zərif “təmas zonası”nda əməkdaşlıq və təhlükəsizlik baxımından nəticəverici olsun. Bundan başqa, nəzərə almaq lazım idi ki, QH öncədən Qlobal Cənubu təmsil edən bir platforma kimi qəbul edilmişdir. Bu da avtomatik olaraq daha çox inkişaf etmiş Qlobal Şimala bir çox istiqamətlərdə rəqib olmaq deməkdir. Bu məqam, şübhəsiz ki, ABŞ və Avropa İttifaqı ilə geniş əlaqələri olan Azərbaycan üçün başqa həssas məqamı təşkil edir.

İlham Əliyev belə brir mürəkkəb şərtlər daxilində Azərbaycan Respublikasının real kollektiv dövlət identikliyinə malik olduğunu uğurla nümayiş etdirdi. Belə ki, Azərbaycan istənilən situasiyada dünya dövlətlərinin əməkdaşlıq və təhlükəsizlikdə səmimi, ədalətli və hüquq çərçivəsində münasibətlər qurması zərurətini ifadə etdi. Həmin əlamət özünü əsasən COVID–19-un yaratdığı kritik və əsəbi situasiyada qabarıq göstərdi. Azərbaycan həm özü ədalətli və hüquq çərçivəsində davrandı, həm də dünyanın inkişaf etmiş dövlətlərini bu mövqeyə dəvət etdi. Azərbaycan Prezidenti pandemiya dövründə ədalətli və hüquqa sadiq olmağı təşviq etmək məqsədilə BMT-nin xüsusi sessiyasını keçirmək təşəbbüsü qaldırdı və onu reallaşdırdı.

Məhz bu məqamda COP kontekstində Azərbaycanın COP təcrübəsinin ortaq faktoru özünü göstərir. Azərbaycanın kollektiv dövlət identikliyi ilə qlobal miqyası olan problemin kollektiv cəhdlərlə həlli sinxronluq təşkil etdi. İlham Əliyev QH-nin sədri kimi Azərbaycanın təşkilat daxilində kollektivçi fəaliyyətinin həmin dövr üçün ciddi qlobal problem olan pandemiyanın bütün dünyanın birləşərək səmərəli həll etməli olduğu fəlsəfəsinin real daşıyıcısı oldu. Bu, faktiki olaraq başqa bir qlobal problemin – iqlim dəyişikliyinin dünyanın kollektiv fəaliyyəti ilə həll edilə biləcəyi fəlsəfəsinə praktiki aspektdə ciddi keçidə tam əsas verirdi.

Azərbacyan Qoşulmama Hərəkatındakı təcrübəsi ilə üç fundamental dəyəri bütövlükdə, qlobal problemləri uğurlu həll etməyin təməlində görmək istədiyini bəyan etdi. Onlar ədalət, hüquq və sülhdür! Ədalətə, hüquqa və sülhə söykənən kollektiv fəaliyyətdə həm də dövlətlərin bir-birinə səmimiyyəti olur. Burada da etik anlayış olan “səmimiyyət”in beynəlxalq münasibətlərə uğurlu proyeksiyasını görə bilərik. Bununla Azərbaycan Respublikası dövlətinin Qoşulmama Hərəkatı təcrübəsinin COP kontekstində başqa dəyər kimi anlamı qlobal problemlərin həllində real olaraq ədalətə, hüquqa, sülhə və səmimiyyətə necə məzmun verməyin zəruri olmasının təsdiqi ilə bağlıdır.

Azərbaycanın BMT təcrübəsi

Gerçəkdən Azərbaycan Respublikasının BMT təcrübəsi çoxaspektli və zəngindir. Tərəflərin ilk münasibətləri ölkəmizin müstəqillik əldə etməsindən dərhal sonra başladı. Həmin dövrdə Azərbaycan üçün nə dərəcədə böhranlı vəziyyətin yarandığını bir daha xatırlatmağa ehtiyac yoxdur.

O zaman Azərbaycan Respublikasını dövlət olaraq BMT səviyyəsində uğurlu və obyektiv təqdim edən ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyevin 1994-cü və 1995-ci illərdə BMT-dəki tarixi nitqləri ilə beynəlxalq münasibətlərdə müasir Azərbaycan Respublikası dövlətinin yeri və rolunu hüquqi və siyasi cəhətdən dəqiq təqdim etdi.

Bütün dünya Azərbaycan Respublikasının dünyada sülhü müdafiə edən, münaqişələri dinc yolla həll etməyə üstünlük verən, hüquqi, demokratik və kollektiv əməkdaşlığa daim açıq dövlət olduğunu duydu.

Bu, möhtəşəm bir təqdimat idi. Həm də ona görə ki, Bakı ilk dəfə olaraq BMT miqyasında konkret nümunələrdə qlobal məsələlərin həllində kollektivçilik ruhunu necə təmin etməyin yollarını göstərirdi. Burada bir neçə dəyəri Heydər Əliyev nitqində vurğulamışdı. Onlar böyük və güclü dövlətlərin ədalətli olması, BMT TŞ-nin özünü yeniləşdirməsi, dünyanın istənilən guşəsində hüquqi, qarşılıqlı hörmətə dayanan və sülhə xidmət edən münasibətlərin qurulması ilə bağlı idi. Yəni müasir mərhələdə dövlətlərarası münasibətlərdə ədalət, hüquq, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr və sülhsevərlik üstünlük təşkil etməlidir.

Azərbaycanın BMT təcrübəsində başqa əhəmiyyətli cəhət mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə Azərbaycan sistemli, davamlı və nəticəverici addımlar atır. Ulu öndər UNESCO, ICESCO kimi qurumlarla əlaqələrin əsasını yaratdı, sonra onu Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yaradıcı şəkildə inkişaf etdirdi. Aydın oldu ki, müasir Azərbaycan Respublikasının dövlət identikliyində mədəniyyət çox ciddi yer tutur.

İndi BMT təcrübəsi kimi Azərbaycan Respublikasının malik olduğu başlıca dəyərləri kompleks halda nəzərdən keçirək. Onlar ədalət, hüquq, yardımlaşma, sülh, hər dövlətin beynəlxalq hüquq çərçivəsində fəaliyyəti və münaqişələrin həllində kollektivçiliyin BMT Nizamnaməsinə uyğun təşkili ilə bağlıdır.

Aydın görünür ki, Azərbaycanın İƏT, Qoşulmama Hərəkatı və BMT təcrübələrinin ortaq dəyərləri, kriteriyaları və strateji məqsədi vardır. Dəyərlər kimi ortaq olanlar ədalət, sülh, hüquq, humanitarlıq, paylaşma, faydalı əməkdaşlıq və milli təhlükəsizlikdə kollektiv fəaliyyətdən ibarətdir. Vurğulanan dəyərlər praktikada regional və qlobal miqyaslı problemlərin həllində sınaqdan keçirilmişdir. Həmin kontekstdə Azərbaycanın MDB və TDT təcrübələrinə də COP kontekstində baxmaq lazım gəlir.

MDB: paradokslar məkanı

Azərbaycanın müstəqillik mərhələsində dövlətlərarası münasibətlərdə ən çox təcrübəsi olan məkanlardan biri MDB-dir. Ölkəmizin bu təşkilata üzvlüyünün tarixçəsini bilənlər onun nə qədər çətin və ziddiyyətlərlə müşayiət olunduğunu da xatırlayırlar. Ulu öndər Heydər Əliyevin birbaşa səyi, qətiyyəti və rasional seçimi nəticəsində Azərbaycan respublikası coğrafi, siyasi, iqtisadi, geosiyasi bağlantısı olan MDB-yə üzv oldu.

Bu təşkilat keçmiş sovet respublikalarını ortaq siyasi, geosiyasi, mədəni, iqtisadi və təhlükəsizlik məkanında birləşdirmək üçün yaradılmışdı. Bu o deməkdir ki, MDB hər bir üzv dövlətin kollektivçi fəaliyyətinə, əməkdaşlığa, təhlükəsizliyin təmininə və siyasi institutlaşmada ziddiyyyətsiz struktur-funksional xüsusiyyətlərə malik olmasına şərait yaratmalı idi.

Təəssüf ki, bunların heç biri tam formalaşmadı. Əvəzində MDB uzun müddət özünün daxili problemi kimi qiymətləndirilə bilən artıq həll edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ciddi heç nə etmədi.

Bu, Azərbaycan üçün olduqca mürəkkəb vəziyyət yaradırdı. Çünki prinsipcə MDB kollektiv formada məsələni ədalətli və kollektivçi fəaliyyət nəticəsində həll etməyə borclu idi. Belə bir şəraitdə olduqca incə diplomatik kurs seçilməli idi ki, iki istiqamətdə uğura aparsın.

Onlardan biri Azərbaycanın MDB daxilində maraqlarının kiminsə tərəfindən tapdalanmasına yol verməməklə bağlı idi. Məsələ ondan ibarət idi ki, MDB-də Ermənistanı Rusiya açıq və gizli şəkildə dəstəkləyirdi və buna qarşı başqaları çıxa bilmirdi. Reallıqda Azərbaycanın MDB-nin heç bir üzvü ilə problemi yox idi (Ermənistan istisna olmaqla). Lakin ayır-ayrı üzvlərin kollektivçiliyi təmin edə biləcək ədalətli siyasi iradəsi münaqişə məsələsində özünü göstərmirdi.

Digəri isə bütün hallarda MDB-nin Azərbaycanın kollektiv dövlət identikliyini qəbul edərək, münaqişənin həllinə müsbət təsirini göstərə bilmək potensialını saxmaqla əlaqəli idi. Bu da çox sərt şərtlər daxilində təşkilatın hər bir üzvü ilə ayrılıqda münasibətlərin yaxşı səviyyədə təminatını tələb edirdi.

Məsələnin bu iki tərəfinin sintezi Azərbaycanın COP təcrübəsi baxımından son dərəcə əhəmiyyətlidir. Çünki Avrasiyada müasir mərhələdə ilk dəfə idi ki, müstəqil dövlət təşkilatdaxili problemi həm onun özünə qəbul etdirməli, həm də onun kollektiv dövlət identikliyi kontekstində həllində faydalı olmasını təmin etməli idi. Sözdə MDB üçün Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxili sayılırdı, hətta başqalarının ona müdaxilə etməsinə qısqanclıq göstərilirdi. Lakin real hüquqi və diplomatik aspektlərdə MDB heç bir təsirli addım atmırdı. Hiss olunurdu ki, erməni təcavüzünə qarşı durmaq istəmir. Bu açıq paradoksu Azərbaycan təkbaşına həll etdi. Həmin kontekstdə rəsmi Bakının fəaliyyəti COP üçün də ciddi təcrübi qaynaq oldu.

(ardı var)

Füzuli QURBANOV,
XQ-ni analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see148

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see140

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see140

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see135

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see131

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see130

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see127

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see125

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see120

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see120

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see119

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see118

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see117

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see114

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see113

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see111

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri