Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq Avropa çempionatı

26.04.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

Azərbaycanın daha üç cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.

525.az məlumatına görə, kişilərdən Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.

Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью