Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq Avropa çempionatı
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycanın daha üç cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.
525.az məlumatına görə, kişilərdən Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır
24 Aprel 2025 09:08
Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayır
23 Aprel 2025 09:35
Avropa çempionatı: Daha 5 güləşçimiz mübarizəyə qoşulacaq
08 Aprel 2025 09:44
Avropa çempionatı: Azərbaycanın daha 6 cüdoçusu tatamiyə çıxır AZƏRTAC
16 Noyabr 2024 11:29
Avropa çempionatı: Azərbaycanın 3 cüdoçusu finala vəsiqə qazanıb
15 Noyabr 2024 18:25

