Azərbaycanın dayanıqlı inkişaf yolu və COP29: Liderlik və əməkdaşlığa çağırış | Icma.az
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabr ayın 11- i Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) fəaliyyətə başladı.
Bu böyük əhəmiyyətli tədbirdə 196 ölkədən 72 min nəfər, o cümlədən 80 prezident, vitse-prezident və Baş nazir iştirak etmək üçün ölkəmizə gəlibdir.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib və cənab Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Dövlət başçısı çıxışına Azərbaycanın COP29-a ev sahibliyi etməsinin, ölkəmizin beynəlxalq arenada getdikcə daha fəal rol oynaması və qlobal siyasətdə daha güclü bir mövqe tutmasının bariz göstəricisi olduğunu söyləyərək başladı.
200 - ə yaxın ölkənin dəstəyi ilə Azərbaycanın bu əhəmiyyətli tədbirin ev sahibi seçilməsi, ölkəmizə olan hörmətin və onun qlobal məsələlərdəki liderlik qabiliyyətinin sübutudur.
Cənab Prezident çıxışında COP29-un sədri kimi Azərbaycanın, Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında əlaqələri gücləndirmək üçün çalışacağını xüsusilə vurğuladı.
Azərbaycanın bu mövqeyi ölkənin tərəfdaşlıq və çoxtərəflilik prinsipinə olan bağlılığını və beynəlxalq səviyyədə hər kəsin səsini eşitməyə olan marağını göstərir.
Tam oxu
Xəbəri oxu