Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Azərbaycanın dayanıqlı inkişaf yolu və COP29: Liderlik və əməkdaşlığa çağırış

Azərbaycanın dayanıqlı inkişaf yolu və COP29: Liderlik və əməkdaşlığa çağırış

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabr ayın 11- i Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) fəaliyyətə başladı. Bu böyük əhəmiyyətli tədbirdə 196 ölkədən 72 min nəfər, o cümlədən 80 prezident, vitse-prezident və Baş nazir iştirak etmək üçün ölkəmizə gəlibdir.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib və cənab Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Dövlət başçısı çıxışına Azərbaycanın COP29-a ev sahibliyi etməsinin, ölkəmizin beynəlxalq arenada getdikcə daha fəal rol oynaması və qlobal siyasətdə daha güclü bir mövqe tutmasının bariz göstəricisi olduğunu söyləyərək başladı. 200 - ə yaxın ölkənin dəstəyi ilə Azərbaycanın bu əhəmiyyətli tədbirin ev sahibi seçilməsi, ölkəmizə olan hörmətin və onun qlobal məsələlərdəki liderlik qabiliyyətinin sübutudur.
Cənab Prezident çıxışında COP29-un sədri kimi Azərbaycanın, Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında əlaqələri gücləndirmək üçün çalışacağını xüsusilə vurğuladı. Azərbaycanın bu mövqeyi ölkənin tərəfdaşlıq və çoxtərəflilik prinsipinə olan bağlılığını və beynəlxalq səviyyədə hər kəsin səsini eşitməyə olan marağını göstərir. Azərbaycan bu istiqamətdə həm dialoq, həm də əməkdaşlıq platforması yaradaraq qlobal ekoloji problemlərin həllinə dəstək verməyi hədəfləyir.
Dövlət başçısı ölkənin həyata keçirdiyi, xüsusilə enerji və daşımalar sahəsində olan meqalayihələrdən , bununla da Avrasiyanın enerji xəritəsini dəyişdirlməsindən bəhs etdi. Ölkəmiz artıq Qərb və Şərq, Şimal və Cənub arasında enerji və ticarət qovşağına çevrilib. Bu layihələr regionun ticarət və enerji sektorunda çoxtərəfli əməkdaşlıq formatının əsasını təşkil edir və ölkənin strateji mövqeyini daha da möhkəmləndirir.
Cənab Prezident çıxışı çərçivəsində Azərbaycanın yaşıl enerjini ixrac etmək məqsədilə enerji infrastrukturunu təkmilləşdirərək ixrac potensialını artırmasından da bəhs etdi. Bu baxımdan xüsusilə Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli layihəsi böyük əhəmiyyət daşıyır. Layihənin texniki əsaslandırma mərhələsi artıq başa çatmaq üzrədir və kəmərin 2 giqavat gücə malik olması planlaşdırılır. Sözsüz ki, bu infrastruktur, Azərbaycanın yaşıl enerji ixrac potensialını artıracaq və Avropa bazarlarına etibarlı enerji axınını təmin edəcək.
Dövlət başçısı çıxışında iştirakçılara Azərbaycanın mədəniyyətlərarası dialoq və multikulturalizm prinsiplərinə sadiqliyini xatırlatdı. Ölkəmiz, müxtəlif etnik və dini qrupların ahəngdar bir şəkildə birgə yaşadığı bir yerdir və multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas hissəsidir. Çoxtərəfliliyi dəstəkləyən Azərbaycan, mədəniyyətlərarası dialoqu təşviq etməklə beynəlxalq arenada sülh və anlaşmaya böyük töhfə verir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı əsas məsələlərdən biri də Azərbaycanın, Ermənistanın işğal etdiyi torpaqları geri almaqla BMT Təhlükəsizlik Şurasının illərlə həyata keçirilməmiş qətnamələrini öz gücü ilə reallaşdırması oldu. 2020-ci ildə Qarabağda əldə edilən tarixi qələbə, Azərbaycanın beynəlxalq hüquqa və suverenliyə olan bağlılığını nümayiş etdirdi və ölkəmizin öz ərazi bütövlüyünü qorumağa qadir olduğunu bütün dünyaya göstərdi.
Dövlət başçısı çıxışında Azərbaycanın COP29-a ev sahibliyi etməsinin bəzi xarici qüvvələrin qarayaxma kampaniyasına səbəb olduğundan da bəhs etdi. Ölkəmizi yalnız neftlə əlaqələndirərək QHT-lər tərəfindən mənfi təbliğatlar aparılması, Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə sala bilmədi. COP29-a dünyanın müxtəlif yerlərindən 72 min iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın nüfuzunun bir daha tanındığını və qlobal ekoloji məsələlərdə liderlik rolunun təsdiqləndiyini göstərir.
Dövlət başçısı çıxışının sonunda Avropa İttifaqı ilə imzalanmış Strateji Tərəfdaşlıq sazişinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu göstəricisi olduğunu söylədi. Avropa Komissiyasının təşəbbüsü ilə reallaşmış tərəfdaşlıq ölkəmizin Avropa enerji bazarına çıxışını genişləndirmişdir.
Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitindəki çıxışı Azərbaycanın qlobal iqlim problemlərinin həllinə olan sadiqliyini və bu məsələdə liderliyini bir daha təsdiqlədi. Onun nitqi dayanıqlı enerji mənbələrinə keçid, ekoloji problemlərin həlli və regional əməkdaşlığın vacibliyini vurğulamaqla yanaşı, Azərbaycanın bu sahədəki təcrübəsini paylaşmağa hazır olduğunu göstərdi. Dövlət başçısının çıxışı, eyni zamanda, qlobal miqyasda daha güclü və birgə fəaliyyətin zəruriliyini diqqətə çatdırdı.
Ölkəmizin dayanıqlı inkişaf istiqamətində atdığı addımlar və beynəlxalq aləmdəki liderliyi ölkənin həm milli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli rol oynadığını təsdiqləyir. Bu, Azərbaycan üçün iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni imkanlar açır və COP29 sammitində ölkəmizin uğurlarını dünya ictimaiyyətinə nümayiş etdirir.

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri