Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Keçmiş SSRİ respublikaları arasında yalnız Ermənistanda müddətli həqiqi hərbi xidmət 2 il idi.
İndi isə bu müddət digər ölkələrdə olduğu kimi, Ermənistanda da 18 aya endiriləcək”.
Bunu “Yeni Sabah”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, bu addım əsasən, Ermənistanın Azərbaycanla sülh sazişini paraflaması ilə əlaqədardır: “Digər tərəfdən, Ermənistan hərbi xərclərini azaltmaq məqsədi ilə xidmət müddətini 6 ay qısaldır.
Məcburi hərbi xidmət müddətinin 24 yaxud 18 ay olması Azərbaycan üçün ciddi məna kəsb etmir”.
Ekspert vurğulayıb ki, iddiaların kökündə ermənilərin məğlubiyyət sindromu dayanır: “Ermənistan tərəfində istənilən addımın, qəbul edilən qərarın Azərbaycan tərəfinin təzyiqi nəticəsində əldə olunduğu daim müzakirə mövzusudur.
Bu, xüsusən son 5 ildə daha çox diqqəti cəlb edir. Səbəb, Ermənistanın məğlubiyyət sindromu ilə bağlı olan məsələdir.