Icma.az
close
up
RU
Azərbaycanın diqtəsi yoxsa hərbi islahat? Ermənistanda hərbi xidmət müddəti azaldılır

Azərbaycanın diqtəsi yoxsa hərbi islahat? Ermənistanda hərbi xidmət müddəti azaldılır

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Keçmiş SSRİ respublikaları arasında yalnız Ermənistanda müddətli həqiqi hərbi xidmət 2 il idi. İndi isə bu müddət digər ölkələrdə olduğu kimi, Ermənistanda da 18 aya endiriləcək”.

Bunu “Yeni Sabah”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu addım əsasən, Ermənistanın Azərbaycanla sülh sazişini paraflaması ilə əlaqədardır: “Digər tərəfdən, Ermənistan hərbi xərclərini azaltmaq məqsədi ilə xidmət müddətini 6 ay qısaldır. Məcburi hərbi xidmət müddətinin 24 yaxud 18 ay olması Azərbaycan üçün ciddi məna kəsb etmir”.

Ekspert vurğulayıb ki, iddiaların kökündə ermənilərin məğlubiyyət sindromu dayanır:

“Ermənistan tərəfində istənilən addımın, qəbul edilən qərarın Azərbaycan tərəfinin təzyiqi nəticəsində əldə olunduğu daim müzakirə mövzusudur. Bu, xüsusən son 5 ildə daha çox diqqəti cəlb edir. Səbəb, Ermənistanın məğlubiyyət sindromu ilə bağlı olan məsələdir. Ermənilər dövlətlərinin qəbul etdiyi istənilən qərarı Azərbaycanın təzyiqi ilə əlaqələndirirlər”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, İrəvan tədricən peşəkar ordu sisteminin tətbiqinə başlayıb:

“Hər ölkənin öz seçimi, yolu var. Ermənilər artıq praqmatik, ağıllı qərarlar verməyə başlayıb. Onlar baxıb görür ki, insanı 2 il hərbi xidmətdə saxlamağın nə mənası var? Ermənistan yavaş-yavaş peşəkar ordu sisteminə keçir. Açığını desək, Ermənistan bəzi məsələlərdə Azərbaycandan da öndə gedir. Düşmən dövlət də olsa, demək lazımdır ki, hərbi sahədə qanunvericiliklə bağlı yenilikləri onlar bizdən daha operativ tətbiq edir”.

Qeyd edək ki, Ermənistan parlamenti “Hərbi xidmət və hərbçinin statusu haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib. Yeni qaydalara əsasən, əsgəri heyət üçün məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək. Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, dəyişikliklər 2026-cı il yanvarın 1-dən sonra qüvvəyə minəcək və yalnız 2026-cı il yanvarın 7-dən çağırılan müddətli hərbi qulluqçulara şamil olunacaq. 

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Dekabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri