Azərbaycanın Dublindəki fəxri konsulunun təqdimatı münasibətilə təntənəli mərasim təşkil o…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dublin, 13 dekabr, AZƏRTAC Azərbaycan Respublikasının iqamətgahı Londonda yerləşən İrlandiyadakı səfirliyi Azərbaycanın Dublində fəaliyyətə başlayan fəxri konsulunun təqdimatı münasibətilə paytaxt Dublində təntənəli qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının spikeri Şon Oferghail, Azərbaycan Respublikasının İrlandiya Respublikasının Dublin şəhərində təyin olunmuş ilk fəxri konsulu Terri Leyden, Azərbaycanın İrlandiyadakı səfiri Elin Süleymanov, İrlandiyada yaşayan Azərbaycan diasporunun üzvləri, müxtəlif dövlət qurumlarının rəsmiləri və diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycanın və İrlandiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının spikeri Şon Oferghail Azərbaycan və İrlandiya arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb.
O, bu münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib: “Fəxri konsul kimi Terri Leydenin təyin edilməsi iki ölkə arasında münasibətlərin inkişafına dair iradənin göstəricisidir”, – deyə Şon Oferghail əlavə edib.
O, həmçinin ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayaraq, Azərbaycanın İrlandiyaya öz məhsullarını təqdim etməsinin, eləcə də irlandiyalı investorların Azərbaycana sərmayə yatırmasının vacibliyini qeyd edib.
Dünyada baş verən qanlı münaqişələrə diqqət çəkən və İrlandiya xalqının sülhə doğru gedən mürəkkəb tarixçəsindən bəhs edən spiker Ş.
Tam oxu
Xəbəri oxu