Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Azərbaycanın Dublindəki fəxri konsulunun təqdimatı münasibətilə təntənəli mərasim təşkil olunub AZƏRTAC

Azərbaycanın Dublindəki fəxri konsulunun təqdimatı münasibətilə təntənəli mərasim təşkil olunub AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dublin, 13 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının iqamətgahı Londonda yerləşən İrlandiyadakı səfirliyi Azərbaycanın Dublində fəaliyyətə başlayan fəxri konsulunun təqdimatı münasibətilə paytaxt Dublində təntənəli qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının spikeri Şon Oferghail, Azərbaycan Respublikasının İrlandiya Respublikasının Dublin şəhərində təyin olunmuş ilk fəxri konsulu Terri Leyden, Azərbaycanın İrlandiyadakı səfiri Elin Süleymanov, İrlandiyada yaşayan Azərbaycan diasporunun üzvləri, müxtəlif dövlət qurumlarının rəsmiləri və diplomatik korpusların nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycanın və İrlandiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının spikeri Şon Oferghail Azərbaycan və İrlandiya arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb. O, bu münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib:

“Fəxri konsul kimi Terri Leydenin təyin edilməsi iki ölkə arasında münasibətlərin inkişafına dair iradənin göstəricisidir”, – deyə Şon Oferghail əlavə edib.

O, həmçinin ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayaraq, Azərbaycanın İrlandiyaya öz məhsullarını təqdim etməsinin, eləcə də irlandiyalı investorların Azərbaycana sərmayə yatırmasının vacibliyini qeyd edib.

Dünyada baş verən qanlı münaqişələrə diqqət çəkən və İrlandiya xalqının sülhə doğru gedən mürəkkəb tarixçəsindən bəhs edən spiker Ş. Oferghail Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün bərqərar olmasına dəstəyini bildirib və Azərbaycan tərəfinin qonşu Ermənistanla normallaşma üzrə atdığı addımları qeyd edib. O, İrlandiyada yaşayan azərbaycanlı icmaya da təşəkkür edərək azərbaycanlıların İrlandiyada iqtisadi və sosial töhfələrini yüksək qiymətləndirdiyini deyib. Sonda o, İrlandiya və Azərbaycan arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini ifadə edib.

Azərbaycanın İrlandiyadakı fəxri konsulu Terri Leyden çıxışında iki ölkə arasında iqtisadi, mədəni, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

O, fəxri konsul kimi bu şərəfli və məsuliyyətli vəzifəyə təyinatının böyük məsuliyyət olduğunu qeyd edib: “Mənim əsas məqsədim iki ölkə arasında əlaqələri dərinləşdirmək və xalqlarımız arasında daha yaxın münasibətlər yaratmaqdır”,- deyə o, qeyd edib.

T.Leyden çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurları xüsusi vurğulayıb O, noyabr ayında Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini və tədbirin yüksək səviyyədə keçirildiyini deyib: “Bu, gənc bir dövlət üçün möhtəşəm nailiyyətdir. Azərbaycan dünya səviyyəsində iqlim dəyişikliyi mövzusunda mühüm bir platformaya çevrildi. Mən həm Azərbaycan rəhbərliyini, həm də bu prosesdə iştirak edən bütün tərəfləri təbrik edirəm”, - deyə Terri Leyden bildirib.

Sonda o, həm Azərbaycan xalqını qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, həm də beynəlxalq ictimaiyyəti Yeni ilin yaxınlaşması münasibətilə təbrik edib.

Azərbaycanın İrlandiyadakı səfiri Elin Süleymanov İrlandiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı danışıb. O, Terri Leydeni bu ilin mart ayında fəxri konsul təyin edilməsi münasibətilə təbrik edib və bunun iki ölkə arasında münasibətlərin irəliləməsinə mühüm töhfə olacağını deyib.

Səfir iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, İrlandiya ilə akademik mübadilələr, texnologiya və informasiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib:

“Azərbaycan və İrlandiya arasında oxşarlıqlar çoxdur və biz bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün səylərimizi davam etdirəcəyik”, - deyə səfir vurğulayıb.

E.Süleymanov Azərbaycanın COP29 iqlim sammitinə ev sahibliyi etməsindən də danışıb. O, sammitin Azərbaycanın tarixində ən böyük beynəlxalq tədbirlərdən biri olduğunu qeyd edərək COP29-un iqlim diplomatiyasında bir dönüş nöqtəsi olduğunu qeyd edib:

“Bakıda keçirilən COP29 iqlim dəyişikliyi ilə bağlı real maliyyə dəstəyi təmin etmək baxımından tarixi bir dönüş nöqtəsi oldu. İqlimə həssas ölkələr üçün 300 milyard dollarlıq əsas maliyyə ehtiyatı ayrılması və ümumi hədəfin 1,3 trilyon dollar olaraq müəyyən edilməsi çox mühüm irəliləyişdir. Bu, yalnız nitqlərdən ibarət olmayan, real tədbirlərin həyata keçirilməsinə yönəlmiş konkret bir addımdır”, - deyə səfir bildirib.

Səfir həmçinin, İrlandiya heyətinin Bakıda keçirilən COP29-un uğurla nəticələnməsinə verdiyi dəstəyə görə təşəkkür edib və bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Tədbirin rəsmi hissəsinin sonunda səfir Elin Süleymanov Azərbaycan Dövlət Bayrağını təntənəli şəkildə fəxri konsula təqdim edib. T.Leyden bayrağı qəbul etməyindən şərəf duyduğunu bildirib, bundan sonra iki ölkə arasında qarşılıqlı münasibətlərin və dostluğun inkişafı üçün səylə çalışacağını bildirib.

Qeyd edək ki, bu tədbir Azərbaycan-İrlandiya münasibətləri tarixində ikitərəfli əlaqələrə həsr olunmuş ilk rəsmi qəbul kimi mühüm əhəmiyyət kəsb edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Dublin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri