Azərbaycanın dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir RƏY AZƏRTA…
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 dekabr, AZƏRTAC Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür.
Müstəqilliyimizin dönməz xarakter alması Ulu Öndərin yorulmaz fəaliyyətinin, qətiyyətinin, zəngin idarəçilik təcrübəsinin, ən əsası Azərbaycan dövlətinə, xalqına bağlılığının nəticəsidir.
Dahi şəxsiyyət Azərbaycanın ən çətin günlərində, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdə bu əminliyi ifadə etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.Ümummilli Lider düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə, təhlükələrlə üz-üzə qalan Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı.
Torpaqlarımızın işğalının qarşısı alındı. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəsin əldə edilməsi bütün sahələrdə dayanıqlı inkişafın tə
Həmin il sentyabrın 20-də isə çağdaş tariximizə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı.
Bu saziş Azərbaycanın sabitlik diyarı kimi mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı.
Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi.
Tam oxu
Xəbəri oxu