Icma.az
close
up
RU
Azərbaycanın dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir RƏY AZƏRTAC

Azərbaycanın dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir RƏY AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Müstəqilliyimizin dönməz xarakter alması Ulu Öndərin yorulmaz fəaliyyətinin, qətiyyətinin, zəngin idarəçilik təcrübəsinin, ən əsası Azərbaycan dövlətinə, xalqına bağlılığının nəticəsidir. Dahi şəxsiyyət Azərbaycanın ən çətin günlərində, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdə bu əminliyi ifadə etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.

Ümummilli Lider düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə, təhlükələrlə üz-üzə qalan Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Torpaqlarımızın işğalının qarşısı alındı. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəsin əldə edilməsi bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynadı. Həmin il sentyabrın 20-də isə çağdaş tariximizə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu saziş Azərbaycanın sabitlik diyarı kimi mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi. Bu reallıq daim önə çəkilir ki, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi Azərbaycanın zəngin iqtisadi potensiala malik olmasına baxmayaraq ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanda sabitliyin təmin edilməsini prioritet məsələ kimi qarşıya qoydu. Artıq xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin idilər. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bunun təsdiqi oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi hər zaman öz aktuallığını qoruyur, dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. İqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafa yol açdı. Ümummilli Lider iqtisadiyyatı dirçəltdi, əhalinin sosial müdafiəsini prioritet məsələ kimi qarşıya qoydu. Bildirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Azərbaycanın malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etmək məqsədilə həyata keçirdiyi enerji layihələri ölkələr, xalqlar arasında dostluq körpüsü yaradır. Bu layihələr dünyanın enerji xəritəsini dəyişir. Onların icrası yalnız iştirakçı deyil, digər dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafını təmin edir. Regional çərçivədə qurulan əməkdaşlıq hazırda coğrafiyasını genişləndirərək yeni-yeni layihələrin gündəmə gətirilməsi ilə müşayiət olunur. Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Artıq hazırda bu layihənin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsi əsas çağırışlar sırasındadır.

Bildirilib ki, bu gün ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində göstərdiyi səylər, imzalanan sənədlər də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Hazırda bütün dünyada yaşıl enerjiyə keçid əsas hədəfdir. Bu günlərdə dünyanı Azərbaycana toplayan COP29 tədbiri də Azərbaycanın uğurlu enerji diplomatiyasının təqdimatı oldu. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərdi. Dünyada hər kəs bir daha gördü ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. COP29 Azərbaycanın dünyaya təqdimatında növbəti tribuna oldu.

Milli Məclisin deputatı iqtisadi imkanlarımızın artması fonunda Azərbaycanın ordu quruculuğu sahəsində də qazandığı uğurlardan bəhs edib. Bildirib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ordu quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın işğalında əsas faktorlardan biri nizami ordunun olmaması idi. Silahlı Qüvvələr torpaqların deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ordu quruculuğu sahəsində mühüm uğurlara imza atıldı. Ordunun maddi-texniki bazası möhkəmləndi, beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələr yaradıldı. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hərbi kadrların yetişdirilməsi Ulu Öndərin hakimiyyətinin birinci dövründə də əsas hədəflərdən biri idi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması bunun bariz nümunəsidir. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın sonrakı dönəmdə - son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafına əsas yaratdı. Azərbaycan dövləti, ordusu daha da gücləndi, qüdrətləndi. Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı.

V.Rəhimzadə bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ildən bu günədək keçdiyi inkişaf yolunun ümumiləşdirilmiş ifadəsi, Ümummilli Liderin İlham Əliyevə etimadının özünü doğrultmasının nümayişidir. Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işlərinin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, praqmatik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və bundan sonra da heç zaman unutmayacaq. Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq. Azərbaycana bu gün hansı tərəfdən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. Onun fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yeni nəşr, eyni zamanda məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev irsi bir məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün dövrlərin tələbi, çağırışıdır.

“Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də ölkəmizdə və onun hüdudlarından kənarda yüksək dəyərləndirilir. Bu işlər Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə xidmət edir. Hazırda Fond işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası istiqamətində atdığı addımları ilə diqqətdədir. Humanizm, xeyirxahlıq, mərhəmət Fondun fəaliyyətinin əsas prinsipləridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli, qalib, bütövləşən Azərbaycanla qürur duyur. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Bunu yeni dövrün yeni hədəfləri də təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz hər bir hədəfə uğurla nail olur, yeni hədəflərə doğru irəliləyir. Nə qədər ki müstəqil Azərbaycan dövləti, xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq, onun gerçəkləşən ideyaları inkişaf yolumuzu işıqlandıracaq”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see151

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see145

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see139

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see133

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see130

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see124

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see120

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see118

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see117

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see115

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see111

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see111

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri