Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. 2-4 iyun tarixlərində keçirilmiş Bakı Enerji Həftəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan
Dünyada enerji keçidi tez-tez ideoloji şüarlar və fürsətçi gözləntiləri fonunda baş versə də, Azərbaycan öz siyasətində praqmatizmə, dayanıq
Həftə çərçivəsində Azərbaycanın enerji imkanlarına beynəlxalq tərəfdaşların artan marağını əks etdirən bir sıra strateji sənədlər imzalanıb
Qaz Coğrafiyası və Yeni Tərəfdaşlıqlar Azərbaycan Avropanın enerji bazarlarında iştirakını genişləndirməkdə davam edir.
Prezident İlham Əliyev tədbirin açılış mərasimində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının on ikiyə çatdığını vurğulayıb: "Bu, hələ də son deyil.
Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik.
Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir".
Bu kontekstdə qeyd edilməlidir ki, tədbir çərçivəsində "Şahdəniz" konsorsiumu "Şahdəniz" qaz yatağının növbəti mərhələsi olan "Shah Deniz Compression" (SDC) layihəsi üzrə yekun investisiya qərarını qəbul etdiyini elan edib.