Icma.az
close
up
RU
Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı

Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

2-4 iyun tarixlərində keçirilmiş Bakı Enerji Həftəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal enerji arxitekturasında əsas oyunçulardan biri kimi mövqelərini inamla möhkəmləndirir. Dünyada enerji keçidi tez-tez ideoloji şüarlar və fürsətçi gözləntiləri fonunda baş versə də, Azərbaycan öz siyasətində praqmatizmə, dayanıqlılığa və ənənəvi ilə bərpa olunan enerji mənbələri arasında balansın qorunmasına üstünlük verir.

Həftə çərçivəsində Azərbaycanın enerji imkanlarına beynəlxalq tərəfdaşların artan marağını əks etdirən bir sıra strateji sənədlər imzalanıb - bu sənədlər neft və qazın axtarışı və hasilatından tutmuş günəş enerjisi istehsalına və "yaşıl" enerjinin birgə istehsalına qədər geniş sahələri əhatə edir.

Qaz Coğrafiyası və Yeni Tərəfdaşlıqlar

Azərbaycan Avropanın enerji bazarlarında iştirakını genişləndirməkdə davam edir. Prezident İlham Əliyev tədbirin açılış mərasimində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının on ikiyə çatdığını vurğulayıb:

"Bu, hələ də son deyil. Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir".

Bu kontekstdə qeyd edilməlidir ki, tədbir çərçivəsində "Şahdəniz" konsorsiumu "Şahdəniz" qaz yatağının növbəti mərhələsi olan "Shah Deniz Compression" (SDC) layihəsi üzrə yekun investisiya qərarını qəbul etdiyini elan edib. Bu layihə aşağı lay təzyiqi və qalan ehtiyatların maksimum çıxarılması ilə qaz hasilatına hədəflənib. Gözlənilir ki, layihə əlavə olaraq təxminən 50 milyard kubmetr qaz və 25 milyon barrel qaz kondensatının hasil olunmasına və ixracına imkan verəcək.

Bundan əlavə, bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iki dəniz blokundakı payların alınması üzrə sövdələşməni başa çatdırıb - bunlar "Qarabağ" neft yatağı və "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) sahələridir.

Neft-qaz sahəsində digər mühüm addımlar isə SOCAR ilə Macarıstanın MOL Group şirkəti arasında Şamaxı-Qobustan sahəsində karbohidrogenlərin birgə kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş, eləcə də Türkiyənin Dövlət Neft Şirkətinin (TPAO) "Şəfəq-Asiman" dəniz bloku layihəsinə qoşulması olub. Azərbaycanın Dövlət Neft Şirkəti həmçinin "ExxonMobil Corporation", "Gran Tierra Energy Inc." kimi şirkətlərlə əməkdaşlıq sənədləri imzalayıb.

Bu layihələr təkcə hasilatın artırılmasına deyil, həm də ölkələr arasında enerji inteqrasiyasının dərinləşdirilməsinə xidmət edir.

"Yaşıl" gündəmin iddialı hədəfləri

Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyev ölkənin enerji strategiyasına ətraflı qiymət verdi:

"Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik".

Dövlət başçısı qeyd etdi ki, artıq imzalanmış müqavilələr və investisiya öhdəlikləri əsasında, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat bərpa olunan enerji üzrə quraşdırılmış gücə sahib olmağı planlaşdırır ki, bu da ölkənin ümumi enerji sisteminin 35 faizindən çoxunu təşkil edəcək.

Bakı Enerji Həftəsində imzalanan günəş enerjisi və infrastrukturun elektrikləşdirilməsi sahəsindəki razılaşmalar, Azərbaycanın 2030-cu ilədək enerji sistemində bərpa olunan mənbələrin 35 faizdən çox payına nail olmaq məqsədilə həyata keçirdiyi iddialı strategiyanın gerçəkləşdirilməsi istiqamətində mühüm addım oldu.

Belə ki, Azərbaycan Energetika Nazirliyi ilə "Enerso Jabrail" MMC arasında ölkə ərazisində 50 meqavat gücündə "Şəms" günəş elektrik stansiyası layihəsi üçün torpaq icarəsi haqqında saziş imzalanıb. Həmçinin "Universal Solar Azerbaijan" şirkəti ilə 100 meqavat gücündə Qobustan günəş elektrik stansiyasının tikintisi üçün torpaq icarəsi müqaviləsi imzalanıb.

Bundan əlavə, Energetika Nazirliyi ilə "China Energy Engineering Corporation Limited" korporasiyası arasında energetika sahəsində hərtərəfli strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Həmçinin "Norm" ASC ilə Cəbrayılda günəş elektrik stansiyalarının tikintisinə dair müqavilələr bağlanıb. "Maire Tecnimont S.p.A" şirkəti ilə energetika keçidi sahəsində qarşılıqlı anlaşma haqqında Memorandumun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişikliklərin edilməsi üzrə Protokol imzalanıb.

Həmçinin, bp, "SOCAR Green" və Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) tərəfindən yaradılmış "Shafag (Cəbrayıl) Solar Limited" (SJSL) birgə müəssisəsinin səhmdarları "Şəfəq" günəş elektrik stansiyası layihəsinə dair yekun investisiya qərarını elan etdilər. Bu qərar, Cəbrayıl rayonunda 240 meqavat gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikintisinə başlanmasına imkan verir.

Eyni zamanda, Səngəçal terminalının investorları - bp, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, ExxonMobil, ITOCHU, "ONGC Videsh", "Eni", MVM və "TotalEnergies" - Səngəçal terminalının elektrikləşdirilməsi layihəsini (STEL) təsdiqlədilər. Layihə terminalın "Azərenerji" ASC tərəfindən idarə olunan dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün həm terminal ərazisində, həm də onun hüdudlarından kənarda yeni obyektlər, o cümlədən 220/110 kV gücündə yeni elektrik yarım-stansiyası inşa ediləcək.

Bu təşəbbüslər, Azərbaycanın "yaşıl" hədəflərə doğru irəliləmək əzmini yalnız gücləndirmir, həm də ənənəvi və bərpa olunan enerjinin balanslı inkişafına əsaslanan modelin davamlılığını nümayiş etdirir ki, bu da ölkəni qlobal enerji keçidinin əsas oyunçularından birinə çevirir.

Realizm enerji fəlsəfəsi kimi

Azərbaycan enerji keçidi prosesində praqmatik və balanslaşdırılmış kursu davam etdirir - bir tərəfdən bərpa olunan enerji mənbələrini inkişaf etdirir, digər tərəfdən isə ənənəvi resurslardan səmərəli istifadə etməyə çalışır. Fosil yanacaqlardan kəskin şəkildə imtinanın yaratdığı risklərin qarşısını almağa yönəlmiş bu siyasət, xüsusilə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) kimi beynəlxalq enerji qurumları tərəfindən dəstəklənir.

OPEK-in baş katibi Heysəm Əl-Qeys Trend agentliyinə özəl müsahibəsində bunları deyib:

"Biz bərpa olunan enerjinin əleyhinə deyilik - əksinə, onun inkişafını dəstəkləyirik. Lakin biz əminik ki, gələcəkdə planetin iqtisadi artımını və enerji tələbatını yalnız bərpa olunan mənbələr hesabına təmin etmək mümkün deyil. Dünya daha realist və praqmatik olmalıdır",- deyə o bildirib.

O qeyd edib ki, neft və qaz hələ də qlobal enerji balansının 55 faizini, kömürlə birlikdə isə 80 faizini təşkil edir və əlavə edib:

"Bu göstərici 1980-ci illərdən bəri demək olar ki, dəyişməyib. Son 20 ildə dünyada fosil yanacaqlardan keçid üçün təxminən 10 trilyon dollar xərclənib, lakin bu keçid baş verməyib. Neft, kömür və qaz istehlakı artmaqda davam edir".

OPEK-in proqnozuna görə, 2025-ci ilin sonuna qədər dünyada neftə olan gündəlik tələbat rekord həddə - 106 milyon barelə çatacaq, 2050-ci ilə qədər isə bu göstərici 120 milyon bareli ötəcək.

Beləliklə, OPEK-in bəyanatlarında əksini tapan balanslaşdırılmış yanaşmaya beynəlxalq dəstək, Azərbaycanın müvəqqəti trendlərə qapılmadan, davamlı və gerçəkçi enerji gələcəyi modeli qurmaq istiqamətində apardığı siyasətin aktuallığını bir daha təsdiqləyir.
 

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 İyun 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see147

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri