Azərbaycanın Gürcüstandakı səfiri İran səfirliyini ziyarət edərək başsağlığı verib

01.05.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İran İslam Respublikasının Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş vermiş güclü partlayış nəticəsində insan tələfatı ilə bağlı bu ölkədə elan edilmiş matəm günü münasibətilə İranın Gürcüstandakı səfirliyini ziyarət edib.

525.az "Report"a istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin məlumatına görə, səfir Faiq Quliyev İran səfirliyinin heyətinə başsağlığı verib və səfirlikdə açılmış başsağlığı kitabında ürək sözlərini qeyd edib.

Azərbaycan diplomatı faciə ilə əlaqədar İran xalqına və həlak olanların yaxınlarına da dərin hüznlə başsağlığı verərək yaralananlara tezliklə şəfa diləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью