Azərbaycanın Gürcüstandakı səfiri İran səfirliyini ziyarət edərək başsağlığı verib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İran İslam Respublikasının Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş vermiş güclü partlayış nəticəsində insan tələfatı ilə bağlı bu ölkədə elan edilmiş matəm günü münasibətilə İranın Gürcüstandakı səfirliyini ziyarət edib.
525.az "Report"a istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin məlumatına görə, səfir Faiq Quliyev İran səfirliyinin heyətinə başsağlığı verib və səfirlikdə açılmış başsağlığı kitabında ürək sözlərini qeyd edib.
Azərbaycan diplomatı faciə ilə əlaqədar İran xalqına və həlak olanların yaxınlarına da dərin hüznlə başsağlığı verərək yaralananlara tezliklə şəfa diləyib.
Bu mövzuda digər xəbərlər:Qazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verib
27 Dekabr 2024 03:17
İran Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı veriblər
26 Dekabr 2024 21:05
Azərbaycanın Gürcüstandakı səfirliyində təyyarə qəzası ilə əlaqədar başsağlığı kitabı açılacaq
25 Dekabr 2024 20:12
Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifə təsis olundu
29 Aprel 2025 17:28
Təyyarə qəzasında həlak olanlar üçün Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı kitabı açılıb AZƏRTAC
26 Dekabr 2024 02:01
Baxış sayı:147
Bu xəbər 01 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















