Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalında

30.10.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, Arseniy Cioev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) medal uğrunda mübarizəni davam etdirirlər.

Cioev 1/4 finalda Yunanıstan təmsilçisi Georgios Kuqiumtsidisi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Meşvildişvili isə eyni mərhələdə türkiyəli Hakan Büyükçınqılı mübarizədən kənarlaşdırıb.

Digər təmsilçilərimizdən Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov isə 1/4 finalda ABŞ təmsilçisi Zein Rizerforda məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatında indiyədək üç medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medala sahib çıxıb.

Nihat Məmmədli dünya çempionatının finalında Murad Əhmədiyev mundialı medalsız başa vurdu Sənan Süleymanov dünya çempionu olub Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu Eldəniz Əzizlinin beşinci dünya çempionluğuna bir addım qaldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью